Ayxan Abbasov: "Qəbələ səfərində 1 xal bizim üçün önəmli idi"

10.09.2017 | 6425 dəfə oxunub

"İlk yarıda bəzi səhvlər etdik. Amma ikinci hissədə demək olar ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi. Gözlədiyimiz qolu vurduq. "Qəbələ"ni əks-hücumda yaxalayacağımızı gözləyirdik və bundan istifadə etdik".
 
Stadium.Az xəbər evrir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov səfərdə Topaz Premyer Liqanın 4-cü turunda "Qəbələ" ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
 
O, 1 xala qane olduqlarını bildirib: "Oyunun sonlarına yaxın gördük ki, "Qəbələ" məğlub olmaq istəmir. 9 və hətta 10 futbolçu ilə hücuma atılırdılar. Bir epizodda diqqətsizlik etdik və penaltidən qol buraxdıq. Bu oyunda məqsədimiz məğlub olmamaq idi. Düşünürəm ki, bunu da bacardıq. Qəbələ səfərində 1 xal bizim üçün önəmli idi. Qarşıdakı matçlara hazırlaşacağıq".

Gənc mütəxəssis penalti epizodu zamanı etirazlarının səbəbini də açıqlayıb: "Top futbolçumuzun əlinə dəymişdi. Biz etirazımızı penalti epizoduna görə etmirdik. Məncə, oyuna 5 dəqiqənin əlavə edilməsi çox oldu. Ümumilikdə baş hakim oyunu normal idarə etdi. Son dəqiqədə qol buraxmaq bizə də çox pis təsir etdi. Penalti var idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail