Millimiz FİFA reytinqində xeyli gerilədi

14.09.2017 | 3373 dəfə oxunub

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.

Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədir.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Yığmamızın qrupda keçirəcəyi son matçdakı rəqibi Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqinin liderinə çevrilib. “Sambaçılar” 2-ci yerə enibsə, Portuqaliya “üçlüy”ə daxil olub.

İlk “onluq”

1 (2). Almaniya – 1606

2 (1). Braziliya – 1590

3 (6). Portuqaliya – 1386

4 (3). Argentina – 1325

5 (9). Belçika – 1265

6 (5). Polşa - 1250

7 (4). İsveçrə - 1210

8 (10). Fransa – 1208

9 (7). Çili – 1195

10 (8). Kolumbiya – 1191

Növbəti reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail