"Qarabağ"ın oyununa bilet alanlar milli üçün güzəşt əldə edəcəklər

15.09.2017 | 3549 dəfə oxunub

Bakı Olimpiya Stadionunda senytabrın 27-də  Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçmə  mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” klub birgə layihə həyata keçirəcək.

Stadium.Az xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqasında ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək.  

“Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyununa bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.

Hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail