Zaur Svanadze: "Mübahisə etmək niyyətində deyiləm"

16.09.2017 | 3542 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının V turunda doğma meydanında “Sumqayıt”la 1:1 hesablı heç-heçədən sora baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun nəticəsini ədalətli hesab edirəm. İlk hissəyə yaxşı başlamasaq da, ikinci hissədə öz oyunumuzu düzəltdik. Hətta matçın sonuna yaxın irəli keçmək üçün imkanımız da oldu. Ancaq bu istidə keyfiyyətli futbol sərgiləmək mümkün deyil. Özünüz də gördünüz ki, bəzi oyunçularımız meydanda sərilib qalmışdı.

- Oyunun başlama saatına etiraz etməmişdiniz? Ümumiyyətlə, bu saatı kim fikirləşib?

- Bizə deyirlər ki, yayımçı telekanal müəyyənləşdirir. Başqa heç nə bilmirəm.

- Sizdən öncə həmkarınız qeyd etdi ki, işıqlandırma sistemində olan problemə görə, matç belə erkən başlayıb...

- Mübahisə etmək niyyətində deyiləm. Mən heç nə bilmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail