Sülhsevər "cütlük"

25.09.2017 | 4011 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunun “Zirə” – “İnter” oyunu nadir təsadüf olunan seriyanın davamı ilə diqqət çəkib. Stadium.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan paytaxt derbisi ardıcıl 5-ci dəfə heç-heçə nəticələnib.

Ötən mövsümdə 4 dəfə bərabərliklə ayrılan rəqiblər yeni mövsümə də sülhlə başlayıb. Bu da eyni komandaların ardıcıl heç-heçələri sıralaması baxımından Azərbaycan çempionatları tarixinin rekordunun təkrarıdır. Yarışın 25 illik tarixində bunadək 3 cüt ardıcıl 5 dəfə heç-heçə etmişdi. 2011-12-ci illərdə AZAL-la “İnter”, 2013-14-cü illərdə AZAL-la “Xəzər Lənkəran”, 2013-15-ci illərdə “Rəvan”la “Sumqayıt” 5 qarşılaşmada qalibi müəyyənləşdirə bilməmişdi.

Tarixə 4-cü belə seriya kimi düşən “Zirə” – “İnter” duelləri Premyer Liqanın II dövrəsində mütləq rekordu da müəyyənləşdirə bilər. Bunun üçün XII turun “İnter Arena”dakı görüşündə də heç-heçənin yaşanması yetərlidir.

Amma paytaxt derbisi əvvəlki üç “sülhsevər” cütdən fərqlənir. Çünki həmin seriyalarda hesab nəticələri fərqli olubsa, “Zirə”ylə “İnter”in bütün heç-heçələri eynihesablıdır – 1:1. 5 dəfə bu hesabla ayrılan rəqiblər daha bir rekordu təkrarlayıb. Belə ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında bunadək yalnız bir cütün oyunları ardıcıl 5 dəfə eyni nəticə ilə başa çatmışdı. 2016-17-ci illərdə “Qarabağ” “Zirə”ni 5 dəfə 2:0 hesabı ilə məğlub etmişdi. Daha 6 cütdə isə eyni nəticə 4 dəfə təkrarlanıb. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail