Prosineçki: “Qarabağ”ın çempionatda öz səviyyəsində rəqibləri yoxdur”

27.09.2017 | 6401 dəfə oxunub

“Futbolda möcüzələr olur. Amma “Roma” ilə oyunda bu, mümkünsüz görünür”. Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki İtaliya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində bu gün “Roma” ilə qarşılaşacağı oyun haqda danışıb. O, təmsilçimizin bu turnirdə təcrübəsinin az olduğunu və buna görə də çətinlik çəkəcəyini bildirib:

“Düzdür, “Qarabağ” ölkə çempionatında neçə illərdir liderlik edir. Ancaq çempionatda rəqabətlə üzləşmir. Azərbaycanda futbola böyük investisiyalar qoyulmur. Yalnız “Qarabağ” fərqlənir. Ancaq “Qarabağ”ın çempionatda öz səviyyəsində rəqibləri yoxdur”.

Prosineçki “Qarabağ”ın və millimizin üzvü Riçard Almeyda haqda da danışıb: “Qarabağ”ın heyətində  xüsusən, Almeyda xoşuma gəlir. Çox ağıllı futbolçudur, topla əla rəftar edir. Almeyda “Qarabağ”ın və Azərbaycan yığmasının düşünən beynidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail