Qurban Qurbanov: "Bəzi ölkələr də bundan narahatdır" - MÜSAHİBƏ

27.09.2017 | 6754 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov italiya mətbuatına eksklüziv müsahibə verib. Stadium.Az bu müsahibəni təqdim edir:

- Sürgündə olan klub üçün Avropada uğurlar nə deməkdir?

- Bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi bizdə bir milyondan çox qaçqın var və ərazimizin bəzi hissələri düşmənlər tərəfindən işğal edilib. Amma mən bu yaralı bölgənin klubunda fəxrlə, məsuliyyətlə işləyirəm. Heç zaman öz məsuliyyətimi unutmaram. Həmişə öz vətənini, evlərini tərk edən insanları düşünürəm. 

- Ağdamda olmusunuzmu? 

- Əlbəttə. Orada olmuşam. Amma müsahibədə bu barədə duyğularımı ifadə edə bilmərəm. Ora çox gözəl şəhər idi. Bunu ancaq öz gözlərinizlə görməlisiniz. Məni incidən odur ki, bu yerləri ziyarət edə bilmirik. 

- Niyə Quzanlıda oynamırsınız?

- Biz ötən mövsümlərdə orada oynadıq. Əgər bu mənimlə bağlı olsaydı, daha çox Quzanlıda olardım. Amma təəssüf ki, futbol şəraiti xoş deyil. Bu səbəbdən Bakıda oynamaq məcburiyyətindəyik. 

- Azarkeşlər üçün yaxşı olmazdımı?

- Bunu bilirik. Amma vəziyyət əlverişli deyil. İnsanlar bu komandanı sevirlər, onunla yaşayırlar.

- Bir gün təkrar Ağdama qayıdacağınızı düşünürsünüz?

- Ümidlə yaşamaq həmişə vacibdir. Allaha həmişə dua edirəm ki, Qarabağ geri qayıtsın. 

- Çempionlar Liqasının qrup mərhələsi sizin üçün nə deməkdir?

- Avropanın ən nüfuzlu klub turniridir. Ən yaxşı klublar, ən yaxşı oyunçular, ən yaxşı məşqçilər burada yer alır. Biz bildiyiniz kimi kiçik bir futbol ölkəsiyik. Bu yarışda ölkəmizi və işğal olunmuş şəhərləri təmsil etmək qürurdur. 

- "Çelsi"yə 0:6 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- "Qarabağ"la "Çelsi" arasında böyük fərq var. Amma yekun hesab fərqli ola bilərdi. Bu turnirdə ilk oyunumuz idi və təcrübəmiz üçün yüksək qiymət verdik. "Atletiko" da "Çelsi" kimi böyük komandadır. Yaxşı məşqçilər, oyunçular və yaxşı oyun tərzi var. Əslində biz çox güclü rəqiblə qarşılaşacağıq. "Roma" haqqında isə heç nə demirəm. Bütün heyətdəki oyunçular güclüdür. 

- Tottisiz "Roma"nın ilk mövsümünü necə təsvir edərdiniz?

- Totti ən yaxşılardan biri idi. Veteran olmasına baxmayaraq "Roma"nı onsuz təsəvvür etmək çətindir. 

- "Qarabağ"ın azad edilməsi üçün hansı işlər görülür?

- Mən siyasətdən uzaq bir insanam. Bir şeyi bilirəm ki, ölkəmizin prezidenti İlham Əliyev işğal olunmuş torpaqları geri qaytarmaq üçün çox səy göstərir. Bəzi ölkələr də bundan narahatdır. Azərbaycan vətəndaşları olaraq biz də ÇL-də ölkəmizi təmsil etmək üçün hər şeyi edəcəyik. Bu ərazilər Azərbaycana aiddir. Bir də görürəm ki, işğal olunmuş ərazilərimiz haqqında sizin də kifayət qədər məlumatınız var. Bunun üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə, mən dünyada sülhün olmasının tərəfdarıyam.

Tərcümə: qafqazinfo



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail