"Qarabağ" bizi çox çətinliyə saldı" - Di Françesko

28.09.2017 | 6357 dəfə oxunub

Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Demək olar ki, bu oyunda istirahət etdiniz. Çox da əziyyət çəkmədiniz...

- Belə deməzdim, fasilədən sonra çox çətin anlar yaşadıq. Rəqib qapımız qarşısında çoxlu şanslar yaratdı. “Qarabağ” həqiqətən güclüdür. Bizi çox çətinliyə saldılar.

- Bəzi anlarda komandanızda davamlılıq çatmırdı.

- Bəli, razıyam. Bəzən eyni tempdə oynaya bilmirdik. Rəqib fərqləndikdən sonra bəzi çatışmazlıqlarımız oldu. Biz inkişafdayıq. Amma əsas olan odur ki, 3 xalı qazana bildik.

- İkinci hissədə bəzən əsəbləşirdiniz.  Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?

- Bəli, bu ötürmələr zamanı müəyyən problemlər var idi. Lakin Qonalos elə də pis oynamadı. Qaçmaq asandır, əsas uzun ötürmələrdə dəqiq oynamaqdır.

- İki qoldan sonra sanki oyununuz alınmadı. Bu, arxayınçılıqdan irəli gəlirdi?

- Xeyr, bundan söhbət belə gedə bilməz. Daha sonra 5-6 qol vəziyyətimiz də oldu. Həmçinin, “Qarabağ” da bundan sonra çox yaxşı oynadı.

- Bu gün Defrey zədələndi. Qarşıdakı oyunlarda onun xidmətindən yararlana biləcəksiniz?

- Ola bilsin, həm o, həm də Perotti “Milan”la oyunda iştirak etmədilər. Vəziyyətləri həkim müayinəsindən sonra bilinəcək.

- “Qarabağ”ın  heyətində ən çox kimi fərqləndirərdiniz?

- Bütün futbolçular yaxşı oynadı. Ən çox bəyəndiyim isə 9, 10 və 11 nömrəli futbolçulardır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail