Svanadze: "Neftçi"də yaxşı futbolçu daha çoxdu"

29.09.2017 | 4415 dəfə oxunub

Stadium.az xəbər verir ki, Premyer  Liqanın 7-ci turunda keçirilən “İnter” – “Neftçi” matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 - Sizə elə gəlmir ki, rəqib oyunçular qələbəni daha çox istəyirdi.

- Bizdə də o istək var idi. Ancaq fərqi ustalıqda görərdim. “Neftçi”də yaxşı futbolçular çoxdu.


- “Neftçi” bu gün qonaq olsa da, tribunalarda elə görünürdü ki, sanki meydan sahibləridilər. Məğlubiyyətdə bunun rolu oldumu?

- Müəyyən dərəcədə ola bilər. Amma bu, əsas amil deyil. Hərdən elə olur ki, bizi də az azarkeş dəstələyir, amma qalib gəlirik. Azarkeşlərmizə təşəkkür edirik ki, bizə dəstək olurlar.


- Aqşin Quluzadə son oyunlarda meydana çıxmır. Ancaq mövsümün ilk natçlarında çıxış edirdi...

- Gələn matçda meydana çıxacaq. Taktiki gedişlərə əsasən oynamırdı.


- İki mövsüm eyni heyətlə qələbələr qazanmaq çətin deyil?

- Düşünmürəm ki, eniş var. Sadəcə, ötən mövsüm tam başqa heyətimiz var idi. Taktika da fərqli idi. Mövsümün əvvəlində də qeyd etmişdim ki, bizə çətin olacaq. Çünki bir neçə oyunçu getdi və transferlər edə bilmədik. Yanvara qədər bizə çətin olacaq.


- İlin sonunda transfer qadağası başa çatacaq. İndidən gözaltı etdiyiniz futbolçular var?

- Hələ bilmirik. Ümid edirik ki, həm yerli, həm də əcnəbi oyunçuları transfer edə biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail