Qriqorçuk: "Pis oynadıq və uduzduq"

29.09.2017 | 5746 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Kəpəz” (0:2) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Stadium.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: “Oyun barədə hər şey demək olar. Biz pis oynadıq və uduzduq. Başa düşürəm və əminəm ki, bugünkündən daha yaxşı oynamaq üçün potensialımız var. Deyv Bultuisin əvəzetməsindən sonra üç müdafiəçidən ibarət sistemə keçdik ki, meydana daha bir hücumameylli oyunçu buraxaq. Vitali Vernidub mərkəz, Ürfan Abbasovla Qismət Alıyev kənar mərkəz müdafiəçisi kimi oynadı. Bu əvəzetmə Deyvin pis oynaması ilə deyil, oyunun sürətini artırmaq yolunu tapmaq üçün edilmişdi. Ekiqo Ehiosun da meydana daxil olub, planlaşdırdığımız gerçəkləşdirməyə çalışdı. Amma təəssüf ki, qol vura bilmədik. Bugünkü matçda bütün günahı öz üzərimə götürürəm. Bu gün gördüm ki, futbolçularımız çox çalışdı. Onlardan heç birinə irad bildirməyim düz olmaz. İstədiyimiz çox şey alınmadı. Amma futbolda belə hallar olur. Öncədən nə isə söyləmək çətindir. Çox istərdik ki, daha uduzmayıb, qələbələri sıralayaq. İndi oyunçuları itirməyimiz və ya hadisələrin başqa axarından danışmağın vaxtı deyil. Futbolda məğlubiyyət də olur. Bu nəticəyə sakit yanaşıram. Əsas odur ki, mən narahat olum, amma futbolçularıma mənfi heç nə yönəlməsin. Onlar nə isə əldə etməyə çalışdılar, lakin alınmadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail