Almaniyada oynayan millimizin eks üzvü yenidən geri qayıtmaq istəyir

01.10.2017 | 4414 dəfə oxunub

Almaniyanın "Fortuna" klubunun futbolçusu Tuğrul Erat yenidən Azərbaycan milli komandasına qayıtmağı hədəfləyib. Stadium.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Rp-Online" nəşrinə açıqlamasında Robert Prosineçkinin baş məşqçi təyinatından sonra yığmaya dəvət almadığını xatırladıb:

"Nənəm və nənəmin anasının Azərbaycanla bağlılıqları var. Bernhard Lippert Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi olduğu vaxt mənimlə maraqlandıqlarını söylədi. Mən də müsbət cavab verdim. Berti Foqts əsas millinin baş məşqçisi olduğu vaxt məni tez-tez dəvət edirdilər. Lakin o, istefa verdikdən sonra dəvətlər dayandırılıb. Çalışacağam ki, özümü Robert Prosineçkiyə təklif edim".

Tuğrul Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. Növbəti il isə o, əsas milliyə çağırılıb və 2 oyuna çıxıb. Eratın Berti Foqtsun rəhbərliyi altında debütü 2014-cü il martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Filippinə qarşı olub - 1:0. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail