Tarik Elyunussi: " "Qarabağ" böyük klubdur"

04.10.2017 | 5164 dəfə oxunub

"Qarabağ"ın norveçli futbolçusu Tarik Elyunussi ölkəsinin mətbuatına geniş müsahibə verib.

Əcnəbi futbolçu Azərbaycan, Bakı və “Qarabağ” haqda da danışıb.

- Azərbaycanda yaşaya bilirsən?

- Bakı məni valeh etdi. Məni ən çox təəccübləndirən Bakının çox əyləncəli şəhər olmasıdır. Bakıda bir neçə dəfə milli komanda ilə olmuşdum. Amma sadəcə, stadion və oteli görmüşdüm. İndi görürəm ki, Azərbaycanın paytaxtı gözəl şəhərdir. Buranın infrastrukturuna böyük pullar xərclənib. Böyük binalar, yaxşı yollar və gözəl restoranlar var. Çox lüks mağazalara sahib və gözəl şəhərdə yaşayıram. Bu məni təəccübləndirdi.

- “Qarabağ" necə klubdur?

- Mənim yeni klubum böyük klubdur. Bu klubla müqaviləm olduğu üçün xoşbəxtəm. 

- Çempionlar Liqasında "Çelsi"yə 0:6 hesabı ilə uduzdunuz.

- Biz orada taktiki səhvlər buraxdıq. Rəqibin gücünə görə 3-5-2 sistemində oynadıq. Hansı ki, komanda əvvəllər bu sistemdən istifadə etməyib. Bu sistemdə yalnız bir dəfə məşq keçdik. Uşaqlar bu formadan çox əmin deyildilər. 

- "Roma"ya qarşı oyun (1:2) haqqında fikirlərin necədi?

- “Roma”ya qarşı yaxşı oynadıq. Ən böyük üstünlüyümüz isə oyunu ənənəvi sistemdə keçirməyimiz idi. Hətta heç-heçəyə də yaxınlaşdıq. Bu oyunlar "Qarabağ" üçün təcrübədir. ÇL-in qrup mərhələsində ilk dəfə olduğumuzu unutmayaq.

- Azarkeşlərin dəstəyi sizi qane edir?

- "Çelsi"yə 0:6 uduzsaq da, azarkeşlərdən dəstək mesajları alırdıq. Onlar deyirdilər ki, məğlubiyyətə baxmayaraq sizi sevirik. ÇL-də ölkəni təmsil etdiyimiz üçün çox sevinirlər. Onlara təşəkkür edirəm.

- Dil baxımından çətinliyin var?

- Əvvəlcə bütün oyunçuların adlarını öyrəndim. Azərbaycanda dil daha çox rus və türk dillərinin qarışığıdır. Düşünürəm ki, rus dilində kursa gedə bilərəm. Bizim baş məşqçimiz az da olsa, ingiliscə bilir və danışır. Ancaq əcnəbi futbolçular üçün tərcüməçi var. Baş məşqçi danışanda mənim üçün ingilis dilinə tərcüməçi çevirir.

- Komandaya tam uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Azərbaycan çempionatında 3 matçda 90 dəqiqə oynamışam. Düzdür, tam formada olmaq üçün bəs etmir. Daha çox 4-2-2-1-1 sistemindən istifadə edirik. Mən bu quruluşda özümü yaxşı hiss edirəm. Bunu ÇL-də "Atletiko"ya qarşı matçda da edə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail