Vurğun Hüseynov: " Kapitan kimi azarkeşlərimizin qarşısında baş əyirəm"

04.10.2017 | 6968 dəfə oxunub

"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov sosial şəbəkələr vasitəsi ilə azarkeşlərin ona ünvanladıqları sualları cavablandırıb.

- "Sumqayıt”ın kapitanı olmaq necə hissdir?

- Komandanın kapitanı olmaq çox məsuliyyətli bir işdir. Həm meydanda, həm də meydandan kənarda örnək biri olmalısan. Bu klubun kapitanı olduğum üçün çox şadam.
 
- "Sumqayıt"ın 2017/2018 mövsümündə qarşısına hansı məqsəd qoyulub?

- Qarşımıza hər hansısa bir məqsəd qoyulmayıb. Sadəcə, kollektiv olaraq, əlimizdən gələni etməyə çalışırıq ki, Avropa Liqasına vəsiqə qazanaq.
 
- "Sumqayıt" Azərbaycan futboluna nə verib?

- "Sumqayıt" Azərbaycan futboluna çox şey verib. Təhlil etsəniz görərsiniz ki, hazırda milli komandanın əsas heyət üzvlərindən bir neçəsi məhz bu klubda təcrübə yığaraq, artıraraq böyük klublara transfer olunublar.

- Bir çox komandada mərkəz müdafiəçiləri ilə oynamısan. Ən yaxşı anlaşdığınız stopper kim olub?

- Çıxış etdiyim klublarda bütün mərkəz müdafiəçiləri ilə yaxşı anlaşmışam. Bu sarıdan heç vaxt problem yaşamamışam. Hazırda Rail Məlikov və Bəxtiyar Həzənəlizadə ilə də əla tandem yaratdığımızı düşünürəm. 

- Karyeranı "Sumqayıt”da bitirəcəksən?

- Bu suala cavab vermək üçün məncə bir qədər tezdir. Düşünürəm ki, zaman özü bu sualın cavabını verəcək.

- Tovuz futbol məktəbinin yetirməsi kimi bugünki uğurunu yəqinki bu kluba borclusan. Bəs "Turan"ın I divizionda iştirak etməsinə münasibətin necədir?


- "Turan" Azərbaycan futbolunun həm keçmişi, həm də gələcəyidir. Bu klub mənim doğma evim kimidir. "Sumqayıt" kimi "Turan"ı da daim zirvələrdə görməyi arzulayıram. 

- "Xəzər Lənkəran”ın Azərbaycan futbolundakı yeri görünürmü?

- Məncə tək "Xəzər Lənkəran”ın yox, bir çox bölgə klublarımız - Tovuz, Şəmkir, Zaqatala və digərlərinin də yeri görünür. 

- Karyeranı hansı klubda bitirmək istərdin?

- "Turan” Premyer Liqada olsa, çox istəyərəm ki, karyeramı Tovuz klubunda bitirim. Vurğun olaraq, bu səviyyəyə "Turan"ın sayəsində gəlib çatmışam.

- Sizcə, "Sumqayıt” yaxın zamanda çempionluğa oynaya biləcək?

- Hər şey üçün zaman lazımdır. Əlbəttə, vaxt gələcək çempionluğa da oynayacağıq.

- Vurğun üçün Azərbaycanın ən istedadlı futbolçusu kimdir?

- Fikrimcə Bəhlul Mustafazadə bir qədər də öz üzərində çalışsa, gələcəkdə ölkənin ən yaxşı müdafiəçisi ola bilər. Bu sözləri Amil Yunanov üçün də deyə bilərəm.

- Vurğunun Vurğun olmasında kimin rolu daha çox olub?

- Bu səviyyəyə gəlib çatmağımda rəhmətlik Sakit Alıyevin əməyi danılmazdır. Bu insan Tovuzda çoxlarına futbolun "əlifba"sını öyrədib. Kimsə bu sözlərimə gülə bilər. Amma hərdən xəyal edirəm ki, "Turan"da oynayıram Sakit müəllim də baş məşqçimdir. Allah ona rəhmət eləsin. Bundan başqa, Ramiz Məmmədovun da üzərimdə əməyi çoxdur. 

- ”Qarabağ”dan təklif gəlsə, gedərsən?

- Məncə hər bir futbolçu "Qarabağ”da oynamaq istəyər.

- "Neftçi”, yoxsa "Qarabağ”?

- Hər ikisi Azərbaycan futbolunun tarixidir.

- Avropada sevdiyin klub hansıdır?

- "Milan”

- Heç vaxt unutmayacağın oyun?

- 2011-ci ilin sentyabr ayında baş tutan Azərbaycan – Belçika oyunu daim yaddaşımda olacaq. Qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılmışdıq. Komandamızdan yeganə qolu isə görüşün sonuna yaxın Rauf Əliyev vurmuşdu. 

- Sənə görə, "Sumqayıt”ınn ən yaxşı oyunçu kimdir?

- "Sumqayıt"ın hər bir futbolçusu mənim üçün ən yaxşı futbolçudur.

- Dünyanın ən yaxşı yarımmüdafiəçisi və hücumçusu kimdir?

- Luko Modriç. Hücumçu kimi isə Messi və Ronaldo.

- Ən yaxşı azərbaycanlı yarımmüdafiəçi kimdir?

- Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyyubov və Elvin Məmmədov.

- Vurğun Hüseynova görə, Azərbaycanın ən güclü qapıçısı kimdir?


- Mənə görə, hal-hazırda Fərhad Vəliyev.

- Aylıq məvacibin nə qədərdir?

- Özümə yetəcək qədər maaş alıram.

Azərbaycana gəlmiş ən güclü legioner futbolçu kim olub?

- Asen Nikolov.

- Hazırda Azərbaycanda ən yaxşı oyun idarə edən hakim?

- Ömər Paşayev, Əliyar Ağayev və Rəhim Həsənov kimi gənc hakimlərin idarəçiliyini yüksək qiymətləndirirəm. 

-Həyata bir daha gəlsəydin futbolçu olardınmı?

-Xeyr (gülür).

- Millidə oynamağa özünü hazır sayırsan və yığmaya niyə dəvət almırsan?

- Milli komanda üçün oynamaq bizim borcumuzdur. Əvvəllər oynamışam, indi də çağırsalar, canla-başla kömək edərəm. Fikrimcə yığma komandamızın mənafeyi bizim üçün hər zaman birinci olmalıdır.

- Azarkeşlərə nə demək istərdin?

- Sumqayıtlı azarkeşlər ən xoş sözlərə layiqdirlər. Bu şəhərdə həqiqətən futbolu sevir və qiymət verirlər. Azarkeşlərimizin qarşısında bir kapitan olaraq baş əyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail