"Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik"

05.10.2017 | 5241 dəfə oxunub

“Çempionata çox yaxşı hazırlaşmışdıq. Bizim üçün ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma Premyer Liqaya istədiyimiz kimi başlaya bilmədik. Ardıcıl oyunlarda uduzduq. Bunun da səbəbkarı biz futbolçularıq. Çünki komandaya yaradılan şəraitin fonunda inamı doğrulda bilmədik. Sadəcə, oyunumuz biz istədiyimiz kimi alınmadı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Tural Rzayev Premyer Liqada çıxışlarını dəyərləndirərkən deyib.

24 yaşlı hücumçu bildirib ki,  sonuncu turda “Qəbələ” səfərində qazandıqları qələbə onlar üçün əla olub: "Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik, komandaya münasibət dəyişdi. Göstərdik ki, istənilən rəqiblə oynaya bilərik, yalnız gücümüzü toplamalıyıq. Bu qələbə “Kəpəz”ə təkan olacaq. Fasilədən sonra daha yaxşı oynaya biləcəyik”.
 
Rzayev həmişə öz üzərimdə çalışdığını vurğulayıb: "Məqsədim bütün oyunlarda əsas heyətdə yer almaqdır. Yerimi möhkəmləndirmək istəyirəm. Çox şükür olsun ki, bu mövsüm əlimə düşən fürsəti dəyərləndirə bilmişəm. Mənə şans verdiyi üçün baş məşqçimizə də minnətdaram. Ümidləri doğrultmalıyam. Sözün açığı, hələlik öz oyunumdan tam razı deyiləm. Çatışmazlıqlarım çoxdur. Bunun üzərində məşqlərdə işləyirəm. Nəyə qadir olduğumu meydanda göstərə bilməmişəm”.
 
Gəncə şəhər stadionunun əsas meydançası bir müddətdir ki, yeniləndiyindən “Kəpəz” doğma publika önündə çıxış edə bilmir. Rzayevin fikrincə, komanda Gəncəyə dönəndə daha uğurlu qrafik çızmağa başlayacaq: “Azarkeşlər, Gəncə üçün çox darıxmışıq. Fanatlar bizim ən güclü tərəflərimizdən biridir. Onlar “Kəpəz”in üstünlüyüdür. Gəncədən xal aparmaq bütün klublar üçün çox çətindir. Çempionatın liderləri burada büdrəyir. Odur ki, evdə oynayacağımız günü səbrsizliklə gözləyirik. Azarkeşlərin də dəstəyi ilə Gəncədə daha yaxşı mübariz aparıb, xallar qazanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail