"Qəbələ" - "Barselona" əməkdaşlığına start verildi

12.12.2011 | 6678 dəfə oxunub

“Qəbələ” və İspaniyanın “Barselona” klubu arasında əməkdaşlığın ilkin mərhələsi başlayıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq müqaviləyə daxil olunan məsələlərdən birincisi reallaşdırılır və İspaniya təmsilçisinin məşqçiləri - Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell artıq Qəbələdə seminarların keçirilməsinə bu gün start veriblər.

“Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılığı ilə təşkil olunan seminarda “Qəbələ” Futbol Akademiyasının, əvəzedici heyətinin məşqçiləri və seleksiyaçı məşqçilər iştirak edirlər.

Gündəlik iki hissədən ibarət olan seminarda 10 gün ərzində yerli məşqçilərə nəzəri və praktiki məşqlər keçiləcək. Günün ilk yarısında məşqçilərə nəzəri bilgilər veriləcək. Günün ikinci yarısında isə ispaniyalı mütəxəssislər bu biliklərin praktiki olaraq həyata keçirilməsi sirlərini aşılayacaqlar. Seminarda yerli məşqçilərə yalnız “Barselona”nın məşq və oyun üslubu barədə məlumatlar veriləcək. Digər hər hansı bir klubun təcrübəsindən istifadə olunmayacaq.

Qeyd edək ki, qarşısına dünya səviyyəli futbol klubu yaratmaq məqsədi qoyan “Qəbələ”nin sözügedən əməkdaşlığın qurulmasındakı məqsədi peşəkar klub kimi formalaşmasında “Barselona” təcrübəsindən yararlanmaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail