Elxan Məmmədov: "Bu, Azərbaycanın daxili işidi"

08.10.2017 | 3339 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Almaniya - Azərbaycan matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. 

- Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel bu gün keçirilən mətbuat konfransında Cavid Hüseynovun məlum hadisədən sonra erkən azadlığa buraxılmasını qabardıb. Buna münasibətinizi bilmək maraqlı olardı...

- Düzü, təəccübləndik. Çünki futbol siyasətdən uzaq olmalıdı. Bu, hər zaman FİFA və UEFA-nın tövsiyyələridi. Qərbi Avropadan gələn mesaj belədi ki, idman siyasətdən uzaq olmalıdı. Bugünkü mətbuat konfransında bu məsələnin qaldırılmasına təəccübləndik. Bunu gözləmirdik. Bu, Azərbaycanın daxili işidi və heç kimə bununla bağlı hesabat verilməməlidi. Hər insana ikinci şans verilməlidi. Cavid Hüseynov peşəkar futbolçudu. Həyatında belə problem var idi və Konstitusiyamıza əsasən artıq milli komanda ilə bərabərdi.

- Yəqin ki, sabah Qrindellə görüşünüz olacaq. Bununla bağlı ona fikrinizi bildirəcəksinizmi?

- Təbii ki. Yadına salacam ki, futbol siyasətdən uzaq olmalıdı. Səhv etmirəmsə, martda Bakıdakı qarşılaşmada Almaniya Futbol Federasiyasının nümayəndələri bunu soruşmuşdular. Onlara danışmışdım, bunu müzakirə etmişdik. Ancaq bugünkü konfransda bunun əksini dedilər. Söylədilər ki, bu məsələni bizimlə müzakirə edəcəklər. Bilmirəm nəyi müzakirə edəcəklər. Biz heç kimə hesabat vermək məcburiyyətində deyilik. Yadlarına salacam ki, bu barədə söhbət etmişdik.

- Qrindelin bu açıqlaması hamımız üçün gözlənilməz oldu. Bunda dövlətimizə qarşı siyasi təzyiq hiss etdinizmi?

- Bunu deyə bilmərəm. Amma burda subyektivlik var.

- 21 yaşadək millimiz dünən acınacaqlı məğlubiyyət aldı... 

- Çətin səfər oyunu idi. U-21 yığmamızın məşqçilər korpusunda dəyişikliklər oldu. Bu posta müvəqqəti təyin olunan Samir Ələkbərovdan xahiş etdik ki, komandanı son iki oyuna çıxarsın. Bu, Samir müəllim tərəfindən cəsarətli addım idi. Ona minnətdarlığımızı bildiririk. Bundan sonra uzunmüddətli qərar qəbul edəcəyik. Təbii ki, 1:6 hesablı məğlubiyyətə təəssüflənirik. Amma bu, hazırda komandamızın reallığıdı. Almaniya yığması da dünyanın ən güclü komandalarından biridi.

- Çexiya ilə oyunu izləyənlər arasında Ərtuğrul Sağlam da var idi. Azarkeşlərdə belə bir fikir formalaşdı ki, Sağlam millinin növbəti baş məşqçisi olacaq. Bu dəvət AFFA tərəfindən idi?

- Bildiyim qədərilə o, millimizin futbolçularına baxmağa gəlmişdi. Onun gələcəyini bilirdik.

- DÇ-2018-in seçmə mərhələsində Almaniya yığmasına qarşı sabah keçiriləcək oyundan nə gözləyirsiniz?

- Dünya çempionuna, Konfederasiyalar Kubokunun qalibinə qarşı oynayacağıq. Əlbəttə ki, çox çətindi. Almanların taleyi həll olunub. Ancaq onlar  hər matça çox məsuliyyətli yanaşır və 3 xal qazanmağa çalışır. Bizim isə məqsədimiz qrup ikinciliyi idi. Bunu reallaşdırmasaq da, inanıram ki, komandamız mübarizə aparacaq və çalışacaq rəqibə 3 xal qazanmaqda problem yaratsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail