“Bu, anlaşılmaz və qəbuledilməzdir” – Səfir Ramin Həsənov

08.10.2017 | 3581 dəfə oxunub

Almaniya Futbol İttifaqının (AFİ) prezidenti Reynhard Qrindel ötən gün DÇ-2018-in seçmə mərhələsində millimizin Almaniya ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında azərbaycanlı jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ”nin və yığmamızın üzvü Cavid Hüseynovun erkən azadlığa buraxılması məsələsini gündəmə gətirib. 

O, məsələ ilə əlaqədar Azərbaycan hökumətindən izahat gözlədiklərini söyləyib.

Stadium.az xəbər verir ki, millimizin oyununu izləmək üçün Kayzerslautern şəhərinə gələn ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, bu məsələdən mətbuat konfrasından dərhal sonra xəbər tutub və Maynz şəhərində olarkən AFİ rəhbəri ilə ayaqüstü görüş keçirib  (Raynhard Qrindel də Almaniya millisi ilə Maynzdadır və mətbuat konfransı həmin şəhərdə təşkil olunub– red.):

“Görüşdə ona öz mövqeyimizi bildirdim. Mövqeyimiz isə ondan ibarətdir ki, məişət zəminində baş vermiş hadisənin bir futbol oyunundan öncə müzakirəyə çıxarılması, bunun bir mövzu edilməsi, eyni zamanda siyasiləşdirilməsi anlaşılmaz və qəbuledilməzdir. Eyni zamanda həmin hadisə xeyli müddətdir baş verib, bununla bağlı cinayət işi qaldırılıb, məhkəmə qərarı olub, bundan sonra apellyasiya şikayəti verilib. Nəticədə yeni məhkəmə qərarı ilə futbolçu Cavid Hüseynov azadlığa buraxılıb. Tam hüquqi konteksdə olan məsələnin siyasiləşdirilməsinin hansı məqsəd güddüyü bizə aydın deyil. Bununla bağlı ondan açıqlama istədim. O da dedi ki, sadəcə, jurnalistlərin suallarına cavab olaraq məsələyə münasibət bildirib, Azərbaycan məhkəmələrinin işinə qarışmaq, yaxud da hökümətə hansısa çağırış və tələb etmək fikri olmayıb. Qrindel bildirdi ki, məsələ ilə bağlı ona və baş məşqçiyə çoxsaylı suallar daxil olub və bununla bağlı açıqlamasında o, sadəcə qeyd edib ki, hadisəni onlar dəyərləndirə bilməzlər və məsələyə Azərbaycan hökuməti aydınlıq gətirə bilər”.

Səfirin sözlərinə görə, mətbuat  konfransının videoyazısından isə aydın görünür ki, məsələ əvvəlcədən hazırlanıb və Raynhard Qrindelin dediklərinə də bu konteksdə mövqeyimiz çatdırılıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail