"İnter"lə yox, "Keşlə"ylə oynayacaqlar

12.10.2017 | 4460 dəfə oxunub

Sabah Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "İnter" evdə "Qarabağ"ı qəbul edəcək. Stadium.Az xəbər verir ki, gələn tur isə səfərdə "Səbail"lə qarşılaşacaq olan "bankirlər" "İnter" adı ilə son oyununa çıxacaq. Rəhbərliyin keçirdiyi iclasda qəbul olunan qərara əsasən oktyabrın 28-i "Kəpəz"lə üz-üzə gələcək komanda oyuna "Keşlə" adı ilə çıxacaq. 

Komandanın adının dəyişməsi haqda məlumat verən "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov, sözügedən işin demək olar artıq öz həllini tapdığı, bununla belə stadionda müəyyən texniki məsələlərin hələ tam olaraq yekunlaşmadığını bildirib. Məmmədov saytımızın əməkdaşı ilə söhbətində yeni loqonun tam hazır olduğunu da sözlərinə əlavə edib: "Yeni loqomuzun necə olacağı artıq müəyyənləşib. Hazırda avtobusumuzun üzərində olan loqodan cuzi şəkildə fərqlənir. Hər şey tam olaraq oktyabrın 28-i açıqlanacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail