"Qəbələ" üçün münasib komanda "Turan"dır

13.12.2011 | 6716 dəfə oxunub

Unibank Premyer Liqasının XVII turunda “Turan”la qarşılaşacaq “Qəbələ” üçün bu rəqib münasib komanda sayılır. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" indiyədək 17 dəfə qarşılaşdığı Tovuz təmsilçisi ilə əvvəlki oyunların 11-də qələbə qazanıb. 

Komandaların ilk dueli hələ “Qəbələ” I divizionda çıxış etdiyi vaxta təsadüf edir. Həmin vaxt kubok duelində “Turan” yeganə qolun sayəsində mərhələ adlayıb. Kubokdakı qisas 3 il sonra alınıb. Özü də 2 qələbə ilə.

Çempionatda isə  ilk 3 mövsümdə komandalar hərəyə 2 qələbə qazanıb, 2 bərabərliklə kifayətləniblər. 2009/10 mövsümündən başlayaraq isə “Turan” “Qəbələ” üçün 3 xal mənbəyinə çevrilib. Bu müddətdə ardıcıl 7 qələbə qazanan komanda ilk 6 uğurunu quru qələbələrlə qeyd edib. Yalnız cari mövsümdə “Turan” "Qəbələ"nin qapısına 1 qol vurub. Lakin bu da 7-ci qələbəyə mane olmayıb.

Ardıcıl 8-ci qələbə üçün meydana çıxacaq "Qəbələ" ümumilikdə 17 görüşdə 11 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə isə uduzub. Top fərqində isə üstünlük yenə "Qəbələ"dədir – 18:10.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail