Ayxan Abbasov: "Hamı Təmkini tərifləsə də, mən onun mənfi cəhətlərini deyəcəm"

15.10.2017 | 966 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turunda “Kəpəz”ə qalib gəldikləri oyundan (3:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bilirdik ki, "Kəpəz" sıx oynamağa çalışacaq və rmüdafiəni yarmaq bizim üçün asan olmayacaq. Bizim futbolçularımızda da tələskənlik var idi. Əsas odur ki, qələbə qazandıq. Futbolçulardan çox razı qaldım. İkinci dövrənin ilk matçı idi. Məqsədimiz o idi ki, yaxşı başlanğıc edək. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yaliqincə yerinə yetirdi.

- İlk hissənin sonlarında Təmkin Xəlilzadə zədə alsa da, ikinci hissəyə çox yaxşı başladı...

- Zədəsi ciddi deyidi. Bel nahiyəsində yüngül ağrı var idi. Özündən soruşdum, dedi oynaya biləcəm.

- Hazırda milli komandada çıxış edən Təmkin Xəlilzadə demək olar, yığma üçün tam hazırdı. "Zirə"nin heyətində başqa kimlərin milli komandamıza dəvət alacağına ümid edirsiz?

- Hamı Təmkini tərifləsə də, mən onun mənfi cəhətlərini deyəcəm. Çünki bu mənim vəzifə borcumdu. O, daim yığmanın əsas heyətinə düşmək istəyirsə, öz üzərində çox işləməlidi. Hazırda milli komandamızda gələcək vəd edən oyunçular var. Təkcə onu qeyd edə bilərəm ki, ötən il Adil Nağıyev, Sadiq Quliyev U-21 millimizin heyətinə cəlb olundu.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.01.2018

15.01.2018

14.01.2018

13.01.2018

12.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ