Mais Mənsimov: "Xəzər Lənkəran" Azərbaycanda ən peşəkar idarəçiliyə malik olan klubdur"

13.12.2011 | 7151 dəfə oxunub

“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti cənab Mais Mənsimov klubun rəsmi saytına müsahibəsində komandanın daxilində olan duruma və klubun ətrafında baş verənlərə öz münasibətini bildirib. Stadium.az xəbər verir ki, klub prezidentinin toxunduğu ilk məsələ yeni baş məşqçi Cüneyt Birçerin təyinatı olub: 

“Yeni baş məşqçinin təyinatında klubumuzun etdiyi seçimi tamamilə düzgün addım hesab edirəm. Cüneyt Biçer mövsüm başlanmazdan bir qədər əvvəl “Xəzər Lənkəran”a aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə gətirildi. Qısa müddət ərzində türk məşqçinin gördüyü işlər göz qabağındadır. Bəzi əsassız mülahizələr səslənir ki, guya bu təyinat əvvəlcədən planlaşdırılmış addım idi. Bunlar tamamilə məntiqsiz fikirlərdir. Sadəcə müvafiq situasiyada müvafiq qərar verməyimiz gərək idi, və bu qərar da verildi. Komandaya yeni baş məşqçinin ehtiyac duyulduğu zamanda da məhz Biçerin namizədliyinin tərəfimdən qəbul edilməsi, onun işinə verdiyimiz qiymətin nəticəsidir. Yeni baş məşqçinin tutduğu bu postda şəxsən dəstəkləyirəm və ona tam etimadımı göstərirəm”.
 
Mənsimov “Xəzər Lənkəran”ın ətrafında dolaşan söhbətlər barəsində bunları deyib: “Xəzər Lənkəran”ı sevən hər bir kəs bilməlidir ki, klubun ətrafında geniş əks-təbliğat işləri aparılır. Bunlar özünü müxtəlif formalarda biruzə verir. Mətbuatda yer alan yersiz qərəzli yazılar, klubun rəhbərliyi və komandanın futbolçuları haqqında yer alan əsassız şayiələr buna bariz nümunədir. Mövsümün gedişatında yeddi xallıq fərqlə ilk pillədə qərarlaşdığımız zaman nədənsə komandanın oyunu yox, həqiqətə tamamilə zidd və futbola aid olmayan məsələlər müzakirə olunurdu. Bunların heç biri təsadüfi deyil.
 
“Xəzər Lənkəran” hər zaman özünün azarkeşləri ilə fəxr edib. Lakin, klubun fəaliyyətinə maneçilik törətmək istəyən müəyyən dairələr hətta azarkeş kütləsinin içində təxribatçı şəxslərdən istifadə edir. Ev oyunlarında meydana atılan kənar əşyalar klubun mövsüm ərzində külli miqdarda cərimə ödəməsinə və hətta ev oyunlarında azarkeşsiz qalmasına gətirib çıxarır. Komandanı sevən insan heç bir zaman kluba bu zərəri verə bilməz. Bütün azarkeşləri bu növ təxribatlara getməməyə çağırıram. Azarkeş komandası ilə hər zaman çiyinə-çiyinə olmalıdır, komanda qələbə qazananda onun qələbəsinə rəngarənglik qatmalı, məğlub olanda isə onu qələbəyə ruhlandırmalıdır”.
 
“Xəzər Lənkəran”ın prezidenti komandanın oyunlarının canlı yayımda göstərilməməsi ilə bağlı söhbətlərə də qəti münasibətini bildirib: “Azərbaycan çempionatında və kubokunda ev oyunların yayımının müstəsna hüququ klublara həvalə olunub. Bu o deməkdir ki, klubun istənilən ev oyununu yayımlamaq hüququ olduğu qədər, yayımdan imtina etmək hüququ da var. “Xəzər Lənkəran”ın ev oyunlarının canlı nümayiş etdirilməsi qərarını yalnız klub verə bilər. Biz hansı oyunların canlı göstərilməsini lazım bilsək, onun yayımını da təşkil edərik. Nə PFL, nə də hər hansı bir klub bu məsələyə müdaxilə edə bilməz”.
 
Klub prezidenti “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən görülən işə də öz qiymətini verib:"Əminliklə söyləyirəm ki, “Xəzər Lənkəran” Azərbaycanda ən peşəkar idarəçiliyə malik olan klubdur. Bugün klubun bütün işlərinin öhdəsindən bacarıqla gələn rəhbərliyin fəaliyyətinin şübhə altına salınması yolverilməzdir. Vitse-prezident Tuyqun Nadirovun cavabdehlik daşıdığı bütün sahələrdə gördüyü iş məni tamamilə qane edir. “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev hansısa səbəbdən mətbuat tərəfindən stadion direktoru kimi qələmə verilir və mən bu yanlışlıqdan çox narazıyam. Qeyd etmək istəyirəm ki, Höccət Hacıyev klubun vacib idarəedici şəxslərindən biridir və o da uğurla öz işinin öhdəsindən gəlir.
 
“Xəzər Lənkəran” rəhbərliyinin işinə istənilən müdaxiləni qəbulolunmaz hesab edirəm. Burada görülən hər bir işin hesabatı klub rəhbəri olaraq şəxsən mənə verilir. “Xəzər Lənkəran”ın maliyyələşməsini müəyyənləşdirən bir şəxs kimi, bu klubun qazanacağı nəticə də məni kimdənsə az maraqlandıra bilməz. Rəhbərliyin öhdəsinə düşən idarəçilikdirsə, məşqçi və futbolçuların öhdəsinə düşən göstərilən oyun və nəticə, azarkeşin öhdəsinə düşən isə dəstəkdir. Vacib olan odur ki, hər kəs öz işi ilə məşğul olsun. Klubun uğurunun əsas təminatçısı da məhz budur”.



  #1   Adınız: wwwwwwww;   E-mail: [email protected]

16.12.2011 23:43

pewekar idarechilik xezerde heeeeeeeeeeeeeeeeech gorsenmir !!!!!!!!!!!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail