Zaur Svanadze: "Yeni oyunçular cəlb edərək, vəziyyəti düzəldə bilərik"

20.10.2017 | 4959 dəfə oxunub

"İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 9-cu turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin sualarını cavablandırıb:

- 3 oyundur uduzuruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq, 8-9 oyunçu ilə məşq edirik. Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva da xəstə olduğundan bu gün çıxış edə bilmədi. Düzdür, bunu bəhanə etmirəm, ancaq heyət cəhətdən problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək, vəziyyəti düzəldə bilərik. “İnter” adı ilə son oyunumuza çıxdıq. Buna görə, bu gün qalib gəlmək istəyirdik. Ancaq alınmadı. Futbolçularıma təşəkkür edirəm. Məncə, onlar bu müddət ərzində “İnter” adına layiq çıxış etdilər. Növbəti turdan “Keşlə” adı altında oynayacağıq.

- Komandada bu gün sanki aqressiya çatışmırdı. Komanda cinahlarda zəif təsir bağışlayırdı. Buna səbəb nədir?

- Son bir ay ərzində 9-10 futbolçu ilə məşq etmişik. Bu oyunçularla tam hazır olmaq, keyfiyyətli məşq keçmək mümkün deyil.

- İkinci dövrənin bitiminə 5 tur qalıb. Hansı oyunçuların komandaya cəlb edilməsi və ya maliyyə məsələsi ilə bağlı rəhbərliklə danışmısınız?

- Bəli, rəhbərliklə danışmışam. Bir neçə mövqeyə yeni futboçuların cəlb edilməsini planlaşdırırıq.

- Bu futbolçular yerli olacaq, yoxsa legioner?

- Çox istərdik ki, yerli futbolçu cəlb edək. Ancaq bu, çox çətin olacaq. O ki qaldı legioner transferinə, məncə, bunu həyata keçirə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail