"Bu qatardan geri qalsaq, sonra başımız ağrıyar"

21.10.2017 | 5416 dəfə oxunub

"Artıq ikinci oyundur ki, komandamız çox super oyunayır. Bu görüş "Qəbələ” ilə ötən turdakı matçın davamı idi. Təəssüf ki, "Qəbələ”ni əldən buraxdıq, uda bilmədik”.

Stadium.Az xəbər evrir ki, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqasının 9-cu turunda doğma meydanda "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

39 yaşlı mütəxəssis eyni tempdə oynadıqları üçün futbolçulara təşəkkür edib: "Hesabda geri düşdük, lakin oyunda dönüş etməyi bacardıq. İkinci hissədə daha aqressiv və ağıllı oynadıq. Bu tempdə davam etməliyik, borcumuzudur. Bizdən geridə olanlar yaxınlaşır. Bu qatardan geri qalsaq, sonra başımız ağrıyar. Bu gün həddindən artıq istəkliydik və qalib gəldik".

Abbasov hazırda transfer barədə düşünmədiklərini söyləyib. O, əllərindəki futbolçularla öz oyun tərzlərini formalaşdırmağa çalışdıqlarını deyib: "Transfer barədə fasiləyə yaxın düşünəcəyik. Deməzdim ki, böyük boşluqlar var. Komandaya güc qatmaq baxımdan yeni oyunçular lazımdır.Amil Yunanovla rəqabət apara biləcək oyunçu da götürəcəyik.  Klub yaranandan bir strategiyası var – yerli futbolçularla oynamaq. Bunu da davam etdirəcəklər. Rəhbərlik bu cür istəyib. Onlar da inanırlar ki, məşqçilər bu işin öhdəsindən gələcəklər”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail