Qurban Qurbanov: "Belə şeylərə heç vaxt fikir verməmişəm"

23.10.2017 | 5866 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunun son oyununda səfərdə “Qəbələ”yə 1:0 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Maraqlı oyun oldu. Futbolçularımın hamısından razı qaldım. Çətin olsa da, heyətdə rotasiya apardıq. Məğlubiyyətdən xilas olmaq istəsək də, alınmadı. Uğurlu seriya davam edirsə, nə vaxtsa qırılmalıdı. Yorğunluq var, amma çalışıb, heyətimizi optimal formaya salıb, digər matçlara hazırlaşmalıyıq. Zədəlilərimiz var. Çox diqqətli olmalıyıq ki, həmin oyunçularımızın yoxluğu hiss olunmasın”.

- "Atletiko" ilə ağır oyunun bu matça təsiri oldu?
- Bəlkə də, müəyyən dərəcədə təsiri oldu. Heyətdə də bəzi dəyişikliklər etmişdik. Elə futbolçularımız var idi ki, hər iki oyunda meydana çıxdılar. Bu qarşılaşmada həddindən artıq psixolji gərginlik var idi. Ağır görüşdən sonra futbolçular istədiyi kimi hazırlaşa bilmir. Amma birinci dəfə deyil ki, bu vəziyyətlə üzləşirik. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğun nəticəsi idi.

- Buraxılan qolda ofsayd var idi?
- Gərək təkrara baxaq. Futbolda səhvlər olur. Bu cür oyunlarda həmişə ən gərgin olan insanlar hakimlərdi. Çalışırlar ehtiyatlı olalar.

- Bu gün ot çox sürüşkən idi...
- Əvvələr də nadir hallarda belə şeylər olurdu. Bu gün ot daha qısa idi əvvəlki dövrlərə baxanda. Bu sürətli oyun üçün yaxşıdı.

- Demək olar ki, "Qəbələ" geri döndü?
- Belə şeylərə heç vaxt fikir verməmişəm. Normal bir haldı. Heç vaxt arxayınlaşmamalıyıq ki, çətin vəziyyətə də düşməyək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail