"Başqa çıxış yolumuz yoxdu" - Svanadzenin məğlubiyyət şərhi

28.10.2017 | 4563 dəfə oxunub

“Oyuna şərh vermək çox çətindi. Ancaq pis çıxış etmədik. Böhrandan çıxmalıyıq, sonra lap ağır olacaq. Nəsə etməliyik".


Stadium.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 10-cu turunda “Kəpəz”ə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.


- Nə kimi dəyişikliklər etmək istəyirsiniz?

- Son bir ayda çempionat oyunları 10-12 futbolçumuzun üzərinə düşüb. Bir daha təkrar edirəm, yanvar ayına qədər bizim üçün çətin olacaq. Bu gün Nizami Hacıyev oynadı, amma o, hazır deyildi. Ötən oyunda Denis, bu oyunda isə Skarlatake forma geyinmədi. Əgər əsas oyunçu zədələnirsə, bizə ciddi təsir göstərir. Futbolçu olmadığına görə Tərlan Quliyevi sağda oynadıram, lakin o, sol cinahda oynamağı sevir.

 

- Bəllidi ki, futbolçuların maaşları gec verilir. Necə düşünürsünüz, maaş almayan futbolçu oynamamaq üçün zədələndiyini bəhanə edə bilərmi?

- Düşünmürəm. Lakin futbolçuların adından da danışa bilmərəm. Məncə, bu, əsas səbəb deyil.

 

- Klubun Müşahidə Şurasının sədri Zaur Axundov ciddi şəxs kimi tanınır. Maraqlıdı, o, məğlubiyyətlərə necə reaksiya verir?

- Zaur müəllim klubdakı vəziyyəti bilir. Başqa çıxış yolumuz yoxdu, yanvardan sonra heyət gücləndirilməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail