"Qəbələ"dən darmadağın

30.10.2017 | 3471 dəfə oxunub

Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub. 

Stadium.az xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Belarusun “İsloç” komandası ilə görüşüb. Ülfət Mədətovun yetirmələri bu qarşılaşmada böyükhesablı qələbə qazanıb – 4:0. Qolları Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurub. 

 Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub. Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib. Yarışın qalibi İtaliyanın “Atalanta” klubu olub. Litvanın Milli Futbol Akademiyası 2-ci, Latviya “Dauqavpils”i 3-cü yeri tutub.

 Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib (Sərxan Mirzəzadə - 2), Latviyanın “Dauqavpils” komandasına 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2 (Eşqin Əhmədli, Murad Ələkbərov), Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə komandamız Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail