Roman Qriqorçukun qələbə şərhi

05.11.2017 | 4049 dəfə oxunub

“Əsas odur ki, qələbə qazandıq. Bu cür oyunlarda iki qoldan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq bizdə əksinə oldu, rahatlaşdıq”.


Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 10-cu turunda “Səbail”ə qalib gəldikləri oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.


- Oyun zamanı çox gərgin görünürdüz. Komandanız  hansı səhvləri sizi əsəbləşdirirdi?

- Bunu birinci dəfə görürdünüz? (gülür).


- “Qarabağ”la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə də hər epizoda belə emosional münasibət bildirmirdim.


- “Səbail”in baş məşqçisi Samir Əliyev dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdim.

- Bu, onun fikridir. Onun fikirlərinə hörmət edirəm.


- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımz yoxdur, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.


- Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl 4 oyunda qalib gəliblər.

- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. Oyunumuz çətin keçəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail