Samir Əliyev: "Ustalıq öz sözünü dedi"

05.11.2017 | 706 dəfə oxunub

"Hər oyun bizim üçün bir təcrübədi. Çoxdandı səfər oyunu keçirmirdik. Düzdü, 3 qol buraxdıq. “Qəbələ”dən daha çox qol gözləyirdim. Rəqib qapımıza 4 ya 5 zərbə endirdi ki, onun da 3-ü qol oldu".


Stadium.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Premyer Liqanın 10-cu turunda "Qəbələ"yə uduzduqları oyundan sonra deyib.


- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiz.

- Nurlan Novruz hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım.


- “Qəbələ” boşluqlar versə də, bundan istifadə edə bilmədiz...

- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.


- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi. 

- Amit zədəlidi. “Qarabağ”la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.


-  “Səbail” əvvəlki oyunlarda daha sürətli görünürdü...

-  Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq “Qəbələ” kimi komandalarla oyunda bu elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.


- Murad Ağayev mərkəzdə çox top itirirdi...

- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboyludu.


- Bu gün “Qəbələ” güclü oynadı, yoxsa siz?

- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.


- Qışda dəyişiklik gözlənilir?

- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənc oyunçular çoxdu. Çalışırıq ki, Azərbaycan futboluna yeni futbolçular qazandıraq.


- Komandada gənc kimləri deyirsiz?

-  Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdi. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.01.2018

15.01.2018

14.01.2018

13.01.2018

12.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ