Qurban Qurbanov: "Bir az su vurulsaydı, daha yaxşı olardı"

05.11.2017 | 4147 dəfə oxunub

"Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu”.


Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yendikləri Premyer Liqanın XI tur matçından sonra mətbuat konfransında deyib. Stadium.az xəbər verir ki, 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...


- Oyundan nə dərəcədə razı qaldınız?

- Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. "Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı.

 

- Pedro Enrike bu gün çox zəif çıxış etdi. Bunu yorğunluqla əlaqələndirmək olar?

- Oyununa görə onu əvəzlədim, geri qalırdı. Heç bir zədəsi yoxdur. İlk dəfədir Gəncədə oynayırdı, ola bilər ki, özünü rahat hiss etməyib. 


- Gəncədə uşaq futboluna maraq çox azdır. Millinin baş məşqçisi kimi bu məsələyə münasibətiniz necədir?

- Açığı, hələ tam proqram üzərində düşünməmişik. Amma fikirləşirəm ki, AFFA buna diqqət yetirir. Təkliflər olsa, bunu irəli sürəcəyik. Gəncədə futbolçu özü yetişir və düşünürəm ki, diqqət daha çox olsa, yaxşı olacaq (sportnet.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail