"Onun kimi futbolçu ilə işlədiyimə görə sevinirəm"

05.11.2017 | 827 dəfə oxunub

"Bu gün Gəncədə futbol üçün ideal şərait var idi. Hər iki komanda 3 xal üçün oynayırdı. Gərgin oyun oldu belə "Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi. Tez bir zamanda qollar buraxdıq. Məncə, birinci qol komandanı "sındırdı”. Oyundan sonra futbolularla danışdıq və "Qarabağ”ın çətin komanda olduğunu bildirdik. İlk qolu vursaydıq, oyun tamam başqa cür olacaqdı”.


Stadium.az xəbər verir ki, bunu "Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqasının XI turunda evdə "Qarabağ”a 0:2 hesabı ilə ududuqları oyundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

 

- Baş hakim əvvəlcə lehinizə penalti təyin etsə də, az sonra qərarını dəyişdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Viktor Oseqeylə penalti epizoduna görə təşəkkür edirəm. Onun kimi futbolçu ilə işlədiyimə görə sevinirəm.


- Penalti epizodunda Oseqeyl qapıya zərbə vurmalı olsa da, qapıçını keçməyə cəhd etdi. Sizcə, o, özünü bilərəkdən yerə atdı? 

- Bu, sualın ikinci hissəsidir. Viktorun şansları oldu və istifadə edə bilmədi. Həmin epziodda qapıçını keçməməli, qapıya zərbə vurmalı idi. Lakin ustalıq səviyyəsi çatmadığına görə şansını boşa verdi.

 

- İlk qol epizodunda Ceyhun Cavadov ən zəif bənd idi. Bu fikirlə razısınız?

- Futbolçular həftə ərzində komanda ilə birgə məşq edirlər. Gec əvəzləməyim ona inanmağımla bağlı idi. Ümidləri doğrultmadığını deməzdim. Amma onu dəyişəcək futbolçum yoxdur. Mansur Nəhavəndi hazırda fiziki cəhətdən yaxşı vəziyyətdə deyil. Fikrinizlə tamamilə razıyam (sportnet.az)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.01.2018

15.01.2018

14.01.2018

13.01.2018

12.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ