"Neftçi"dən iki fərqli seriya: Biri bitdi, birinə davam

06.11.2017 | 3907 dəfə oxunub

Premyer Liqada ardıcıl 4 oyunda qalib gələn “Neftçi”nin qələbə seriyası qırılıb. Stadium.az xəbər verir ki, “ağ-qaralar” XI turun “Zirə” ilə səfər oyunundan xalsız ayrılıb. 0:1 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri 42 gündən sonra xal itkisi və məğlubiyyət acısı yaşayıb. Paytaxt klubu sonuncu dəfə sentyabrın 24-də “Qəbələ” ilə görüşdə uduzmuşdu – 1:2.

Qələbə seriyası qırılan “Neftçi” “Zirə” ilə matçlardakı uğursuz seriyanı qıra bilməyib. Belə ki, “ağ-qaralar” Premyer Liqa çərçivəsində 10-cu dəfə qarşılaşdığı qəsəbə klubunu bu dəfə də yenə bilməyib. “Neftçi” 2 dəfə heç-heçə etdiyi rəqibinə 8-ci dəfə uduzub. Son 6 görüşdə isə “Zirə” qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail