Milan Duriç: "İlk olaraq, o, məni təxribata çəkdi"

08.11.2017 | 4500 dəfə oxunub

“Zirə”nin yarımmüdafiəçisi Milan Duriç Qol.az saytına müsahibə verib. Stadium.az xəbər verir ki, serbiyalı futbolçu əvvəlcə Topaz Premyer Liqanın XI turunda “Neftçi” üzərində 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb.


- Çox yaxşı oynadıq və vacib 3 xal qazandıq. Sevindirici haldır ki, yaxşı nəticələrlə yolumuza davam edirik.


- Birinci dövrədə olduğu kimi yenə “Neftçi” “Zirə” əngəlilini aşa bilmədi...

- Bəli, bu mövsüm artıq 2 dəfə “Neftçi”ni məğlub etmişik. Həm səfərdə, həm də evdə qələbə qazanmışıq. Hələ ötən mövsümdə də bu komanda oyunlarda qalib gəlirdik. Ümumilikdə, son 5-6 oyundur ki, “Neftçi” “Zirə”yə uduzur.


- Oyundan sonra “Neftçi” baş məşqçisi və bəzi futbolçuları “Zirə”ni antifutbol sərgiləməkdə, müdafiəyə çəkilib, rəqibə oynamaq imkanı verməməkdə günahlandırdılar. Bu fikirlərlə razısan?

- (Gülür) “Zirə” necə antifutbol oynayır ki, çempionatda 11 oyuna hamıdan çox - 19 qol vurub. Hər oyuna təxminən 2 qol düşür. Əgər bu antifutboldursa, daha sözüm yoxdu. Hətta “Neftçi” ilə oyunda hakim mənim təmiz qolumu saymadı. Halbuki rəqib futbolçudan 2 metr geridə idim. Orada oyundankənar vəziyyət yox idi. Ofsayd olduğunu heç kim görmədi, təkcə laysmandan başqa. Bu biabırçı səhvə görə çox əsəbiyəm.


- “Neftçi”nin müdafiəçisi Kiril Petrov səni təxribatçılıqda günahlandırıb və buna görə də oyundan sonra səninlə əl verib görüşmədiyini bildirib...

- İlk olaraq, o, məni təxribata çəkdi. Stadiondakı hər kəs də bunu gördü. Mən onları başa düşürəm. Uduzublar, bilmirlər nə etsinlər. Çox əsəbi idilər. Futbolda hər zaman belə şeylər baş verir. Oyundan sonra Petrova əl uzatdım və bunun sadəcə bir oyun olduğunu izah etməyə çalışdım. İstədim ona deyim ki, oyun vaxtı hamımız əsəbi oluruq. Meydandan kənarda dostuq. O isə əvəzində məni itələdi.


- Maraqlıdı ki, “Qəbələ” ilə oyundan sonra da rəqib komandanın kapitanı Cavid Hüseynov qırmızı vərəqə gördüyü epizodda sənin özünü yalandan yerə atdığını söyləmişdi...

- Yenə gülürəm, çünki bütün Azərbaycan Cavidin məni vurduğunu gördü. Orada simulyasiyadan söhbət gedə bilməz. Cavidin 18 yaşı yoxdur ki, onu təxribata çəkəm. Təcrübəli futbolçudur. Özü də “Qəbələ” kimi komandanın kapitanıdır. Bu cür sözləri ona yaraşdırmıram. Belə şeylər gənc futbolçular üçün pis nümunədir. Bəzi adamlar var ki, mənim meydandakı çıxışımla bağlı statistika hazırlayırlar. Şadam, fəxr edirəm ki, komandamın qazandığı 7 qələbənin 5-də yaxından iştirak etmişəm. Statistika mənim meydanda nə işlə məşğul olduğumu göstərir.


- Artıq 1 ildən çoxdur Azərbaycandasan. Ölkəmiz, paytaxtımız haqda hansı fikirdəsən?

- Azərbaycan çox yaxşı ölkədir. Bakını isə xüsusi vurğulamaq istəyirəm. Paytaxtınız çox gözəldir. Mən bu şəhəri sevirəm.


- Buradakı yaşayış tərzinə uyğunlaşa bilmisən?

-  Əlbəttə. Bununla bağlı heç bir problem yoxdur. Həyat yoldaşım və oğlum da mənimlə Bakıda yaşayır. Ailəm yanımda olduqdan sonra hər şey yolunda gedir. Hər zaman birlikdəyik. Yoldaşım bizim üçün öz yeməklərimizdən hazırlayır. Vaxtımız olanda isə restorana getməyi xoşlayırıq.


- Yəqin ki, Azərbaycan mətbəxi ilə də tanışsan. Ən çox hansı yeməyimizi xoşlayırsan?

- Bəli, arada sizin yeməklərdən də yeyirik. Quzu ətini çox sevirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail