Ramiz Məmmədov: "Mən bu komandaya inanıram" - MÜSAHİBƏ

08.11.2017 | 3939 dəfə oxunub

Bu yaxınlarda “Keşlə”nin baş məşqçisi təyin olunan Ramiz Məmmədov qol.az saytına müsahibə verib. Stadium.az xəbər verir ki, komandadakı mövcud durumu dəyərləndirən mütəxəssis gələcək planlarından da danışıb.

- Sizin gəlişinizdən sonra komandada vəziyyət necədi?

- Hər şey yaxşılığa doğru gedir. Heç bir problemimiz yoxdur. Komandanın uğuru üçün lazım olan startegiyanı qısa zaman kəsiyində müəyyənləşdirəcəyik və hər şeyi yoluna qoyacağıq. “Keşlə”ni “İnter”in əvvəlki durumuna gətirəcəyik.

- Bəs maddi durum necə, o da yaxşılığa doğru dəyişibmi?

- Bilirsiniz ki, artıq maddi vəziyyət düzəlib. Maaşlar ödənilib. Bir ay, yarım ayın pulları qalıb ki, bu da futbolda normal şeylərdi. Rəhbərlik qısa zamanda yüksək səviyyədə maaş məsələsini həll edib.

- Qış fasiləsində heyəti gücləndirməyi düşünürsünüz?

- Bunun mənə aidiyyatı yoxdur. Bu gün əsas vəzifəm əlimdə olan futbolçularla komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Bu haqda danışmağa dəyməz. Əlimdəki futbolçular və əvəzedici heyətin də köməkliyi ilə bu vəziyyətdən çıxmalıyıq. Gələcək hər şeyi göstərəcək.

- İstənilən halda baş məşqçiyə uğur qazanmaq üçün yeni transferlər lazımdı...

- Bu gün mənə 3 çempionat və 1 kubok oyunundan çıxmaq lazımdı. Ondan sonra bu haqda danışarıq. Hələ çox var. Zaur Axundov tərəfindən qarşıma qoyulan vəzifə odur ki, komandanı hazırkı vəziyyətdən çıxarım. Sonrasını mən bilə bilmərəm.

- Ancaq mətbuatda artıq heyətə qatmaq istədiyiniz bəzi futbolçuların adları hallanır. Yazılanlara inansaq, “Neftçi”dən Tərzin Cahangirovla Məqsəd İsayevi “Keşlə”də görmək istəyirsiniz...

- Səmimiyyətimə inanırsınızsa, bir futbolçu ilə də söhbət getməyib. Ola da bilməz. Mən bu komandaya inanıram. Bilirəm ki, indiki uşaqların köməyi ilə hər şeyi yoluna qoyacağıq. Bizə başqa yerin köməyi lazım deyil. Bu komanda hər şeyə qadirdi. Öz gücünə avrokuboklarda oynayıblar. Əvəzedici heyətdə də bəzi futbolçular var ki, əsas komandada oynamağa layiq olduqlarını göstərirlər.

- Sizinlə müqavilə qıs fasiləsınə qədərdi, yoxsa ondan sonra da komandanın sükanı arxasında olacaqsınız?

- Mənə 1 gün də desələr, 15 gün də desələr, işimdə o qədər məsuliyyətliyəm ki, istənilən müddətə qədər işləməyə, komandaya kömək etməyə hazıram. Mənim üçün fərqi yoxdur. İşimi sevən və bunun öhdəsindən gələn insanam. Mənim taleyim öz əlimdə deyil ki, qalıb-qalmamağa özüm qərar verim. Məsləhət görsələr, qalıb işləyəcəm. Mənim bu vəzifədə qalıb-qalmamağım rəhbərlikdən asılıdır.

- Qarşıda 10 günlük fasilə var. Bu müddətdə hər hansı yoxlama oyunu keçirməyi planlaşdırırsız?

- Ehtiyac duymuruq. Özümüzün bunun üçün ehtiyat skamyamız var. Öz aramızda oynayacağıq.

- Sonuncu dəfə “Qəbələ”də baş məşqçi işləmisiniz. 3 ilə yaxındır Azərbaycan futboluna kənardan baxırsınız, yəni işin içində deyilsiniz. O vaxtdan bu yana çempionatda nələr dəyişib?

- Nəzərinizə çatdırım ki, mən heç vaxt futbola kənardan baxmamışam. Bundan sonra İran İslam Respublikasında işləmişəm. Bununla yanaşı, yaxşı qardaşlarımızın hesabına başqa-başqa klublarda təcrübə keçmişəm. Meydanın içində olmasa da, oyunlardan, məşq proseslərindən geri qalmamışıq. Azərbaycanda nəyin yaxşıya, nəyin pisə doğru getdiyini mən açıqlamaq istəmirəm. Ancaq “Qarabağ”ın Çempionlar Liqasında qrupa düşməyi, uğurlu çıxış etməyi futbolumuzun düzgün yolda olduğundan xəbər verir.

- “Qarabağ”dan söz düşmüşkən, Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasını necə qarşıladınız?

- Əvvəlcə Qurban qardaşımızı təbrik edirəm. İnanıram ki, “Qarabağ”dakı uğurlu nəticələrini milli komandada təkrarlayacaq. Hamımız ona arxa-dayaq olub kömək etməliyik. Azərbaycanlı mütəxəssislərin əbəs yerə iş başında olmadığını sübut etməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail