"Penaltidən istifadə etsəydik..." - Məmmədov Oseqeylin hərəkəti haqda

08.11.2017 | 4373 dəfə oxunub

"Rəqibin gücü hamıya bəllidir, ona görə də matça ciddi önəm verirdik. Oyuna olduqca səylə hazırlaşmışdıq. Qarşılaşmanın ilk 40 dəqiqəsi onlardan geri qalmadığımızı göstərdi".

Stadium.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in əsas komandasının üzvü Azər Məmmədova məxsusdur. Futbolçu çempionatın XI turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş görüş haqda danışarkən kapazpfc.az saytına açıqlamasında belə deyib:

“Birinci hissənin son 5 dəqiqəsini nəzərə almasaq, rəqiblə başa-baş oynadığımızı söyləyə bilərik. Fasiləyə kimi qısa vaxtda 2 top buraxmağımız komandanı sanki ruhdan saldı. Fikrimcə, uduzsaq da, pis çıxış etmədik. Komandanın oyununda irəliləyiş var, “Qarabağ” ilə görüşdə də bunu gördük. Razıyam ki, bəzən yaxşı oyun nümayiş etdirib nəticə qazanmaq olmur və yaxşı oynamağa görə də xal verilmir. Amma zamanla buna da nail olacağıq. Kollektiv olaraq özümüzə inamımız böyükdür. Oyunumuzu tapmışıqsa, tezliklə uğur da əldə edəcəyik. İnşallah, turnir cədvəlində sonuncu pillədən yaxa qurtaracağıq”.

Ağdam klubuna qarşı görüşdə “Kəpəz” penalti vurmaq imkanı qazansa da, hakimə yaxınlaşan Viktor Oseqeyl özünə qarşı qayda pozuntusunun olmadığını etiraf edərək hakimin qərarını dəyişdirib. Maraqlıdı, onun bu hərəkətini komanda yoldaşları necə qarşılayıb? Azəri eşidək: “Viktora nə fasilədə, nə də ki, oyundan sonra heç nə demədik. Ona iradımız yox idi. Heç baş məşqçimiz də narazılıq etmədi. Hamı Oseqeylin qərarına hörmətlə yanaşdı. Düzdür, 11 metrlikdən istifadə edib qol vursaydıq, nəticə başqa cür də ola bilərdi. Penaltinin reallaşmaması hardasa psixoloji cəhətdən oyunumuza təsir etdi”.

“Qarabağ” ilə oyunda Azər Məmmədov uzun müddətdən sonra start heyətində meydana çıxıb. Məğlubiyyətə baxmayaraq dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Məmmədovun oyunu pis alınmayıb: “Oyunum haqda özüm heç nə deyə bilmərəm. Yalnız mütəxəssislər və azarkeşlər buna qiymət verə bilər. Meydanda komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Fikrim bundan sonra da yaxşı çıxış etməkdir. Çoxlu sayda azarkeş qarşısında oynayanda istər-istəməz məsuliyyət daha da artır. Fanatlarımızı məyus etmək istəmirik, bu bizə pis təsir edir. Xəbərim var ki, ətraf şəhər və rayonlardan da gəlib “Kəpəz”i stadiondan izləyənlər var. Elə sonuncu matçda bizim rayondan da gələnlər vardı. Tovuzda oynayanda atam həmişə oyunuma arenadan tamaşa edib, elə Gəncəyə də gəlib mənə dəstək olmağa çalışmışdı”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail