Elxan Məmmədov: "Qarabağ" əsl ev komandası kimi mübarizə aparırdı"

23.11.2017 | 5021 dəfə oxunub

“Oyunun əvvəlində penalti və qırmızı vərəqə verilməsəydi, hər şey başqa cür də ola bilərdi. “Qarabağ” matça çox yaxşı başladı. Komandamız ikinci hissədə topa 51 faiz sahib olan tərəf idi”.

Stadium.az Qol.az -a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V tur matçında “Qarabağ”ın İngiltərənin “Çelsi” komandasına 0:4 hesablı məğlubiyyətini şərh edərkən deyib.

O, qarşılaşmanın 20-ci dəqiqəsində referi Manuel De Souzanın “Qarabağ”ın qapısına penalti təyin etməklə yanaşı, Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərməsinə də münasibət bildirib. Milli Assosiasiya rəsmisinin sözlərinə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv azlıqda qalmasına rəğmən, inamlı mübarizə aparıb: “Penaltinin olub-olmamasına mütəxəssislər baxacaqlar. Epizodun təkrarını bir neçə dəfə izləməyə imkanımız olmadı. Lakin həmin ana qədər “Qarabağ” çox inamlı, hücumda oynayırdı. Əsl ev komandası kimi mübarizə aparırdı. On nəfərlə qalmalarına rəğmən, fasilədən sonra yenidən irəli gedir və qol vurmağa çalışırdılar. Bu da sevindirici haldır. Ancaq 2 dəfə penaltidən qol buraxan zaman dönüş etmək çətindir”.

E.Məmmədov oyunun təşkilatçılığından da söz açıb. O bildirib ki, bu cür matçlar 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin qrup oyunları ərəfəsində yaxşı təcrübədir: “Belə oyunlar çox olduqca komanda da təcrübə qazanır, stadion da. Həmçinin AFFA olaraq biz də təcrübə əldə edirik. Matçda azarkeş sayı 67 mindən çox idi. Buna baxmayaraq, azarkeşlərin stadiona gəlib-getməsi, digər təşkilatı məsələlərdə ciddi problem olmadı. Hər şey yaxşı təşkil olunmuşdu. Lakin, bu, bizim üçün limit deyil. Bundan da yaxşı çalışacağıq. Azarkeşlərə daha yaxşı xidmət göstərmək üçün əlimizdən gələni edəcəyik. Son oyunlardan sonra təhlillər aparmışıq. Fürsətdən istifadə edib, bütün dövlət strukturlarına təşəkkür edirəm. Bizə böyük dəstək oldular. Bu təcrübədən 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında və Avro-2020-də yararlanacağıq. Ümid edirəm ki, həmin vaxta qədər klublarımız avrokuboklarda daha çox matç keçirəcəklər. Oyun nə qədər çox olarsa, bir o qədər təcrübə toplayırıq”.

Noyabrın 22-də Bakıda baş tutan FIFA İcraedici Futbol Sammitinin iştirakçılarından bəziləri AFFA-nın dəvətini qəbul edərək “Qarabağ” – “Çelsi” görüşünü izləyiblər. Baş katib həmin qonaqların matçdan, stadiondakı atmosferdən razı qaldıqlarını söyləyib: “Bu cür qarşılaşma münasibəti ilə bizi təbrik etdilər. Sammitdə təkcə Avropa ölkələri deyil, Afrika və Asiyadan da nümayəndələr iştirak edirdi. Fürsətdən istifadə edib, onları oyuna dəvət etdik. Bəziləri matça gəldilər. ÇL-in qrup mərhələsinin oyununa baxmaq hər bir futbol funksioneri üçün bayramdır. Dünya və Avropa çempionatlarından sonra ən baxımlı turnir ÇL-dir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail