Reantın qolu komandasına bəs etmədi

26.11.2017 | 3494 dəfə oxunub

“Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında növbəti oyununu keçirib.

Stadium.Az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 13-cü tur çərçivəsində doğma meydanda “Heidenheim”la qarşılaşıb. 4 qolun vurulduğu oyunda Frankfurt təmsilçisi 1:3 hesabıyla uduzub.

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Mahmudov 64-cü dəqiqədə meydana buraxılıbsa, matça start heyətdə başlayan Dadaşov sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Renat vurub. O, 84-cü dəqiqədə hesabı 1:2 etsə də, “Ayntraxt”ı məğlubiyyətdən xilas etmək mümkün olmayıb. Komanda hazırda 15 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail