"Qarabağ" son 3 səfər matçında qələbəyə həsrətdir

19.12.2011 | 5951 dəfə oxunub

"Qəbələ" klubu 2011-ci ildə son oyununu "Qarabağ"a qarşı keçirəcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Unibank Premyer Liqasının XVIII turunun dekabrın 21-də baş tutacaq qarşılaşma rəqiblərin 14-cü dueli olacaq.

İndiyədək yalnız çempionatda görüşən tərəflərin baş tutmuş 13 matçında üstünlük “Qarabağ”ın tərəfindədir. "Qəbələ" 3 qələbə qazanıbsa, Ağdam təmsilçisi 6 dəfə sevinən tərəf olub. Top fərqində "Qarabağ" 18-13 hesabı ilə öndədir.

Amma rəqiblərin Qəbələdəki 7-ci duelinə meydan sahibləri müsbət əhval-ruhiyyə ilə çıxacaq. Çünki “Qarabağ” son 3 səfər matçında qələbəyə həsrətdir. "Qəbələ"nin evdəki 1187 günlük məğlubiyyətsizliyi 2 qələbə və 1 heç-heçədən ibarətdir. Özü də son 2 matçda qonaqlar Qəbələni xalsız tərk edib. Həm də “Qarabağ”la evdəki son 5 matçda "Qəbələ" mütləq qol vurur. Yalnız ilk matçda “Qəbələ” qonaqların qapısına yol tapa bilməyib.

Ümumilikdə isə komandaların duellərini 2 mərhələyə bölmək olar. 2006-08-ci illəri əhatə edən ilk dövrdə “Qarabağ” güclülər dəstəsi təcrübəsi olmayan “Qəbələ”ni bütün oyunlarda məğlub edib. Bu, 5 matçlıq məğlubiyyət seriyasından sonra üstünlük "Qəbələ"nin tərəfinə keçib. Son 8 qarşılaşmada 3 qələbə, 4 heç-heçəsi olan “Qəbələ” yalnız 1 dəfə məğlubiyyət acısı yaşayıb.

2006/07 20.08.2006 Premyer Liqa Gilan (Qəbələ) - Qarabağ (Ağdam) 0:2
2006/07 22.02.2007 Premyer Liqa Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2
2007/08 06.10.2007 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2007/08 13.04.2008 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 2:1
2008/09 20.09.2008 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2008/09 15.03.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 23.09.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 06.12.2009 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:1
2009/10 21.03.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 3:1
2009/10 24.04.2010 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2010/11 25.09.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 2:1
2010/11 13.02.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 3:0
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail