Roman Qriqorçuk və Dabodan yeni rekord

05.12.2017 | 4476 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIV turunun “Keşlə” ilə ev qarşılaşması “Qəbələ”nin tarixində Azərbaycan çempionatının yüksək dəstəsində keçirilən 350-ci oyun olub.

Stadium.Az xəbər verir ki, Premyer Liqada 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 3:0 hesablı qələbəyədək 349 matça çıxmışdı.

Yubiley oyunundakı qələbə sayca 148-ci olub. 88 heç-heçə və 114 məğlubiyyəti olan komanda burada 434 qol vurub, 364-nü buraxıb.

“Keşlə” ilə qarşılaşmada əldə olunan böyükhesablı qələbə klub tarixində 47-ci belə nəticədir. Premyer Liqada “Kəpəz” 6:1, ardınca kubokda “Mil-Muğan”ı 8:0 hesabı ilə məğlub edən “Qəbələ” 11 il əvvəlki rekordunu təkrarlayıb.

“Qırmızı-qaralar” 2006-cı ildə I dəstədə ardıcıl 3 qələbə qazanmışdı. 47 böyükhesablı qələbədən 26-sı Premyer Liqaya təsadüf edib. “Qəbələ” tarixində 5-ci dəfə yüksək dəstədə ardıcıl 2 qarşılaşmada 3 və ya daha çox top fərqilə qalib gəlib.

“Qəbələ” “Keşlə” ilə oyunda 140-cı dəfə Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın baş məşqçisi olan ukraynalı mütəxəssis Premyer Liqada 94, Avropa Liqasında 32, Azərbaycan kubokunda 14 qarşılaşmada komandaya rəhbərlik edib. Bununla da Qriqorçuk klub tarixinə baş məşqçi olaraq ən çox oyun keçirən mütəxəssis kimi düşüb. O, “qırmızı-qaralar”ı 139 matça çıxaran, hazırda “Keşlə”ni çalışdıran Ramiz Məmmədovun rekordunu arxada qoyub. Sonuncu 118 çempionat və 21 kubok matçında baş məşqçilik edib. “Qəbələ”nin tarixində yalnız bu iki məşqçi 100-dən artıq oyunda komandaya başçılıq edib.

Qriqorçuk kimi qarşılaşmada hesabı açan Baqali Dabo da klub tarixində yeni rekorda imza atıb. O, ardıcıl 4 çempionat oyununda qol sevinci yaşamaqla bunu rəsmiləşdirib. Daboyadək “qırmızı-qaralar”ın heç bir oyunçusu eyni turnirdə ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib. 11 dəfə eyni oyunçunun 3 matçlıq seriyası qeydə alınsa da, onlardan heç biri 4-cü matçda qol vurmayıb. Baqali “Səbail”ə (3:1) iki, “Neftçi”yə (3:2) bir, “Kəpəz”ə (6:1) iki və “Keşlə”yə (3:0) 1 qol vurmaqla 4 matçda ümumilikdə 6 dəfə fərqlənib.

Bu qol Dabonun “Qəbələ”də rəqib qapılarından keçirdiyi yubiley – 20-ci top olub. O, 20 və daha çox qol vuran 5-ci futbolçudur. Bu matçadək 20 dəfə fərqlənən Filip Ozobiç isə “Keşlə” ilə görüşə sonradan çıxsa da, dubl müəllifi olub. “Mil-Muğan”la kubok oyunundakı het-triki də nəzərə alsaq, xorvatiyalı son beş gündə keçirdiyi 2 matçda 5 qola sevinib. Bu qollarla Ozobiç klub tarixinin ən yaxşı 3-cü bombardiri olub: Viktor Mendi – 33, Dodo – 30, Filip Ozobiç – 22, Baqali Dabo, Rövşən Əhmədov – 20. (gabalafc.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail