"Limit dəyişsə, yaxşı olar" - Fariz Nəcəfov

13.12.2017 | 1217 dəfə oxunub

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib. Stadium.Az müsahibəni təqdim edir. 

- Çempionatdakı çıxışınızı necə dəyərləndirirsiniz?

- Daha yaxşı ola bilərdi. Ümumi götürsək, razıyıq. Əsas da ikinci dövrədə yaxşı çıxış etdik. Komanda öz oyunu tapıb. Ümid edirəm ki, növbəti 2 dövrədə də belə çıxış edəcəyik və çempionluq şanslarımızı qoruyacağıq. Futbolda gözlənilməz nəticələr baş verir. Biz çempion olsaq, bu sürpriz sayılmamalıdır. Çünki buna görə çalışırıq. Əsas rəqibimiz “Qarabağ”dır. Amma bizim də güclü tərəflərimiz var. 

- Komandada dəyişikliklər olacaq?

- Baş məşqçi ilə kubok oyunundan sonra da görüşəcəyik. Ciddi dəyişiklik gözlənilmir. Futbolçuların müqaviləsi davam edir. Onun tərəfdarıyam ki, ilin sonuna kimi komanda avrokuboklar üçün tam hazır olsun. Əsas limit məsələsidir ki, bu da bizə uyğun gəlmir. Limit dəyişsə, yaxşı olar. Avrokuboklarda uğurlu çıxış etmək üçün bu, vacibdir. Limitə görə əcnəbi oyunçuları çox saxlaya bilmirik. Onlar da narazıdırlar. Həmin futbolçuları ümidlərlə transfer etmişdik. Narazı olmaqda haqlıdırlar. Çünki bura oynamaq üçün gəliblər. Baş məşqçini də qınamaq olmaz. Məcburdur ki, kimisə ehtiyatda saxlasın.

- Bəlkə yerli futbolçulara üstünlük verəsiniz? “Qarabağ”da ehtiyatda qalan legionerlər var…

- Keyfiyyətli yerli oyunçu çox deyil. Həmin futbolçuların da “Qarabağ”la müqaviləsi var. Başqa oyunçu varsa, deyin. Akademiyamızda yaxşı oyunçular var. Amma buna zaman lazımdır. Onlara inanırıq. Əgər zədə almasalar, futbolu başqa səbəblərdən atmasalar, yeni nəsil yaxşı olacaq. Buna görə də limitə də əl dəyməlidir. Demirik ki, tam ləğv edilsin. Amma dəyişiklik olmalıdır. Avrokuboklarda uğur qazanacağı gözlənilən 2-3 komandanı belə şəkildə zəiflətmək olmaz.

- Legionerlərin sayı artmalıdır?

- Qaçılmazdır.

- AFFA və PFL rəsmiləri ilə söhbətləriniz olub. Ümid var ki, dəyişiklər olacaq?

- Görünmür.

- PFL-in prezidenti Ramin Musayev hansı arqumentləri ortaya qoyur?

- Ramin Musayev limitin dəyişdirilməsinin tərəfdarıdır. Amma bu məsələ onun həll edəcəyi problem deyil. Bunu İcraiyyə Komitəsi müzakirə etməlidir. Bu məsələni ancaq “Qəbələ” gündəmə gətirir. Başqa klublardan dəstək görmürük. Bu limitin heç bir faydası olmadı. Heç kim deyə bilməz ki, bu limitin sayəsində hansısa futbolçu yığmaya düşdü. Gətirdiyimiz legionerlər yerli səviyyədə olsa, bu mövzunu açmarıq. Amma bu səviyyədə futbolçular yoxdu.

- “Qəbələ”də heyətə düşməyən legionerlər bağlı nə qərar veriləcək? İcarəyə veriləcəkləri gözlənilir?

- Avrokuboklarda uğur qazanmaq üçün bizə əlavə olaraq 1-2 güclü legioner də lazım olacaq. Hər şey limitə gəlib çıxır. Ölkəni təmsil etmək üçün avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Amma buna görə klublara dəstək verilmir. “Qarabağ”da keyfiyyətli yerli futbolçular cəmləşib. Onların bu baxımdan bizim kimi problem yoxdur. Amma Azərbaycan çempionatı tək “Qarabağ”dan ibarət deyil. Digər klubları da düşünmək lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.08.2018

12:45  "Latsio" - "Napoli" 1:2 VİDEO

00:54  "Genqam" - PSJ - 1:3 VİDEO

00:30  "Kyevo" - "Yuventus" 2:3 VİDEO

00:28  "Çelsi" - "Arsenal" 3:2 VİDEO

00:06  "Zirə" - "Keşlə" 2:2 VİDEO

18.08.2018

23:49  Qurban Qurbanov: "Vaxt lazımdı" - MÜSAHİBƏ

20:15  "Zirə" - "Keşlə" - HEYƏTLƏR

18:02  "Səbail" - "Qarabağ" -HEYƏTLƏR

17.08.2018

16:21  "Şerif"in uduzduğu oyun VİDEO

15:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.08.2018

09:41  Avropa Liqasında günün oyunları - YENİLƏNİR

   
  O Q H M T-f X
1. Sabah 0 0 0 0 0 0  
2. Zirə 0 0 0 0 0 0  
3. Səbail 0 0 0 0 0 0  
4. Keşlə 0 0 0 0 0 0  
5. Qarabağ 0 0 0 0 0 0  
6. Qəbələ 0 0 0 0 0 0  
7. Sumqayıt 0 0 0 0 0 0  
8. Neftçi 0 0 0 0 0 0  
26.09Qarabağ ---Zirə
12.08Qəbələ 3-0Səbail
12.08Keşlə 0-1Sabah
11.08Sumqayıt 0-2Neftçi
19.04Neftçi -Qəbələ
18.08Səbail -Qarabağ
18.08Qarabağ -Keşlə
19.08Sabah -Sumqayıt