Yunis Hüseynov: "Gecə-gündüz bu işin üstündə işləyirəm ki..."

14.12.2017 | 3757 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə cavab görüşündən (2:3) sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb:

Oyun barədə nəsə demək çətindir. Çox istəyirdik ki, Avropa Liqasına çıxış üçün ən azı bir ümid yerimiz qalsın. Qış fasiləsindən sonra çıxıb Avroliqa üçün oynayacağımızı desəm, yalan olar. Amma kubok vasitəsi ilə istəyimizə nail ola bilərdik. 

Bu gün futbolçularımda istək gördüm, istəkli oynadılar. Çalışdılar ki, qələbə qazansınlar, lakin sonda təcrübə öz sözünü dedi. Ona görə də bu gün uduzduq. "Keşlə" komandasına uğurlar arzu edirəm. Bu gündən etibarən tətilə yollanırıq. Çalışacağıq ki, heç olmasa fasilə müddətində komandamızın gücünə nisbətən güc qataq”.

- Kubok sizin üçün sonuncu ümid yeri idi. Lakin futbolçularınız bu işin də öhdəsindən gələ bilmədi. "Qara siyahı"nızda kimlər yer alıb?

- Mən "Kəpəz"i 5-ci oyununa çıxarırdım. Bunlardan ikisi çempionat, 3-ü isə kubok görüşlərinə təsadüf edib. 4 qarşılaşmada uduzmuşuq. Belə götürəndə qalib gəldiyimiz "Binə" matçı da xoşuma gəlməyib. Uşaqlar yaxşı oyun nümayiş etdirməyiblər. Bəli, bütün bunlar reallıqdır. Ancaq həyatda ola biləcək şeydir. Bütün klubların başına gələ bilər və dəyişiklik etmək normaldır. Gedəcək futbolçuların adlarını açıqlasam, çox da yaxşı çıxmaz. Ancaq dəyişiklik olacaq.

- Dəyişiklik hər bir komandada olur. Lakin Yunis Hüseynovun komandası deyilirsə, komandanın 90 faizi dıyişməlidir. Çünki sizin işlədiyiniz klublar və göstərdiyiniz nəticələr göz qabağındadır. Futbolçu tapmaq necə, çətin olmayacaq?

- Bax elə mənim qorxduğum da budur. Düzdür, söz vermişəm, bu komandanı düzəltməliyəm.  Düşünə bilərsiniz ki, hamı vaxt istəyir. Ancaq həqiqətən özünüz də görürsünüz ki, bu "Kəpəz"də çox dəyişiklik olmalıdır. Ancaq birdən-birə bütün heyəti göndərib, 5-10 futbolçu ilə ortada qala bilmərəm. Gecə-gündüz bu işin üstündə işləyirəm ki, "Kəpəz"ə layiqli futbolçu tapım.

- Bu gün Kərim Diniyev zədə ucbatından meydana çıxa bilməmişdi. Bununla belə, ola bilərmi ki, futbolçu atasının gedişindən sonra komandada qalmaq istəməsin?

- Yox, belə bir hal hiss etməmişəm. Kərim peşəkar futbolçudur. Sadəcə, zədəsi olduğu üçün bu matçı buraxmaq məcburiyyətində qaldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail