Rauf Əliyev problemlə üzləşib

19.12.2017 | 3669 dəfə oxunub

“Kukesi”dən ayrılmağa hazırlaşan Rauf Əliyev problemlə üzləşib. Stadium.Az xəbər verir ki, millimizin hücumçusunun seçim imkanı heç də geniş deyil.

Məsələ burasındadı ki, FİFA-nın qaydalarına görə, bir futbolçu mövsüm ərzində maksimum 2 klubun formasını geyinə bilər. Əliyev isə cari mövsümün əvvəlində “İnter”in (hazırkı “Keşlə”nin) heyətində Avropa Liqasında çıxış edib. Ardından legioner həyatı yaşamaq üçün Albaniyaya gedən 28 yaşlı forvard bununla, 2017-18 mövsümünün klub limitini doldurub.

“Kukesi”dən pulunu tam ala bilmədiyi üçün klubla hələ rəsmən vidalaşmayan hücumçunun hazırkı komandasında qalmaq ehtimalı da var. Ancaq yığmamızın üzvü “Kukesi” ilə vidalaşmaqda israrlı olarsa, mövsümün qalan hissəsini ya “Keşlə”də davam etdirməli, ya da 6 ay klubsuz qalmalıdı. Digər ehtimal isə FİFA-nın tanımadığı ölkələrdə oynamaqdı ki, bu, heç də inandırıcı görünmür.

Doğrudu, bu məsələdə istisna hallar da var. Belə ki, FİFA-dan xüsusi məktubla icazə istəmək mümkündü. Amma ali futbol qurumu əsaslı səbəb olmadan kiminsə 3-cü klubda oynamasına razılıq vermir. Məsələn, ukraynalı Roman Zozulya ötən mövsüm 4 müxtəlif klubla anlaşıb. O, mövsüm ərzində “Dnepr”, “Betis” və “Rayo Valyekano” ilə müqavilə imzalamasına baxmayaraq, FİFA siyasi problemlə üzləşən hücumçuya 4-cü klubda oynamağa da icazə vermişdi.

Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov da FİFA-nın qaydalarını əsas gətirərək, Rauf Əliyevin 3-cü klubda oynaya bilməyəcəyini söyləyib: “Rauf yalnız “Keşlə”yə qayıda bilər. Doğrudu, bəzi ölkələrin federasiyalarında elə hallar olur ki, reqlamentə uyğun gəlmir. Amma biz FİFA-nın qaydalarını əsas götürürük. Qaydalara görə, bir futbolçu mövsüm ərzində 3 dəfə qeydiyyatdan keçə bilər, ancaq 2 klubda oynamaq şərti ilə. “Kukesi” də Raufun 2-ci klubudu. Onun bundan sonra oynamaq şansı olan yeganə komanda “Keşlə”di”.

Rauf Əliyev mövsümün əvvəlində “İnter”in heyətində Avropa Liqasında 4 matçda iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail