"Sumqayıt"ın "qış planı" bəlli olub

26.12.2017 | 5627 dəfə oxunub

“Sumqayıt” futbol klubunun qış hazırlıq planı müəyyənləşib. Stadium.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi 2018-ci il yanvarın 5-də bir araya gələcək.

Yanvarın 20-dək Sumqayıtda hazırlıq keçəcək komandanın “Səbail” ilə yoxlama matçı nəzərdə tutulub. Ayın 18-də baş tutacaq qarşılaşmanın yeri və saatı dəqiqləşməyib.

Yanvarın 21-də Türkiyəyə yollanacaq “Sumqayıt” fevralın 4-dək Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sumqayıtlıların yanvarın 31-də Rusiyanın “Anji” komandası ilə qarşılaşacağı dəqiqləşib.

Digər 3 oyunun vaxtı bilinməsə də, rəqiblərdən daha 2-si məlumdur. Bunlar Makedoniya çempionatının II liqasında çıxış edən, tanınmış futbolçu Qoran Pandevin sahibi olduğu “Akademiya Pandev” və Serbiya Super Liqasından “Mladost”dur.

“Sumqayıt” qış fasiləsinə 20 xalla 4-cü pillədə yollanıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail