"Kəpəz"dən örnək addım - Fotolar

29.12.2017 | 5597 dəfə oxunub

“Kəpəz” kollektivi Gəncə Uşaq Evində olub.

 

Stadium.az xəbər verir ki, klubun üzvləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlara baş çəkiblər.

 

Görüşdə klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular iştirak edib. Gəncə təmsilçisinin icraçı direktoru Elnur Camalxanov, əsas komandanın baş məşqçisi Yunis Hüseynov Uşaq Evinin sakinlərini əlamətdar bayramlarla bağlı təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Uşaq Evinin direktoru Nazilə İsmayılova ziyarətə görə qonaqlara təşəkkürünü bildirərək “Kəpəz”in uşaqların sevimli komandası olduğunu deyib.

 

Çıxışların ardından komandanın kapitanı Şəhriyar Rəhimov, Tural Rzayev və Şəhriyar Əliyev klubun atributları olan şərf və bayraqları, oyun formalarını, topları, eləcə də yeni il hədiyyələrini uşaqlara təqdim ediblər. Hədiyyələr azyaşlıların sevincinə səbəb olub.  

 

Daha sonra uşaqlar peşəkar futbolçularla eyni meydançanı bölüşərək nəyə qadir olduqlarını nümayiş etdirməyə çalışıblar. Onlar sevimliləri ilə oynamaqdan doymayaraq oyuna xüsusi həvəs göstəriblər.

 

Oyun yekunlaşdıqdan sonra qonaqları dövrəyə alan azyaşlılar futbolla bağlı suallara cavab axtarıblar. Yunis Hüseynov uşaqlar arasında istedadı ilə seçilənlərin olduğunu deyib, idmanla yanaşı, dərslərə fikir verməyin vacibliyini vurğulayıb. “Kəpəz”in baş məşqçisi yay aylarında Gəncədə keçirilən Məhəllə Kubokunda Uşaq Evinin komandasının çıxış etməsinə kömək edəcəklərini də bildirib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail