Ayxan Abbasov: "Klubumuz belə hallara peşəkar yanaşır"

31.12.2017 | 5582 dəfə oxunub

"Əvvəla, "Zirə" Təmkindən ibarət deyil. Ola bilsin, belə fikirlər səsləndirilsin. Amma mən bunlarla razı deyiləm. O, əsas oyunçularımızdan idi. Bu səviyyəyə çatmasında "Zirə"nin əməyi var. 2 il əvvəl Təmkin bu səviyyədə deyildi. Sevinirik ki, Xəlilzadə milli komanda səviyyəsinədək qalxdı".

Bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Təmkin Xəlilzadənin "Qəbələ"yə transferini dəyərləndirərkən deyib. Gənc mütəxəssis bildirib ki, Qabriel Mateydən sonra daha bir cinah oyunçusunun transferindən qazanc əldə ediblər: "Klubumuz həmişə belə hallara peşəkar yanaşır. Təmkinə təklif gəldi və biz də dəyərləndirdik. Rəhbərliklə söhbət etdik və razılıq verdik. Klubun həm maddi cəhətdən xeyri oldu, həm də fikirlərimiz üst-üstə düşdü. Qabriel Mateyin də Polşa "Termalika"sına keçidinə icazə verdik və bu transferdən də klubumuz qazandı".

Abbasov sol və sağ cinah oyunçularını əldən verdikdən sonra boşluqların aradan qaldırıldığını da vurğulayıb: "Xəlilzadəni "Qəbələ"yə verib Tellur Mütəllimovu götürməklə, sağ cinahımızın problemini həll etdik. Solda isə Aleksandr Şemonayevi və ya limitə düşən yeni transfer İbrahim Aslanlını oynada bilərik. Bu baxımdan, bizdə ciddi zəifləmə olmayacaq. Mütəllimovun da bizə çox xeyir verəcəyinə inanıram. Onda milli komanda səviyyəsinədək qalxma potensialı görürük. Ümumən, heyətimizin normal olduğunu düşünürəm. İnanıram ki, heyətdəki dəyişikliklər bizim üçün yaxşı nəticələr verəcək".

Təmkin Xəlilzadə "Qəbələ" ilə 2,5 illik müqavilə bağlayıb

Sportnet.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail