Yunis Hüseynov: "Bu oyunçularla ciddi söhbətimiz olacaq"

04.01.2018 | 4361 dəfə oxunub

“Kəpəz”in qış fasiləsi başa çatmaq üzrədi. Bir aydan çox davam edəcək hazırlıq müddətindən əvvəl futbolçular tibbi müayinədən keçəcəklər. Komandanın üzvəri bu gün və sabah həkim nəzarəti altında olacaqlar. Yanvarın 7-dən isə “sarı-göylər” məşqlərə start verəcəklər.

Stadium.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Yunis Hüseynov klubun saytına açıqlama verərək fasilə dövrü və dəyişikliklərlə bağlı fikirlərini dilə gətirib:

“Yəqin ki, fasilə müddətində məndən başqa hamı yaxşı istirahət etdi (gülür). Çünki bütün günü oyunçu axtarışları ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi. Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindi. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər, əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidilər. Dəyişikliklər bundan sonra da mümkündü”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail