"Neftçi"dən ikinci transfer

05.01.2018 | 827 dəfə oxunub

"Neftçi” qış fasiləsində ikinci transferini həyata keçirib. Stadium.Az xəbər verir ki, “ağ-qaralar” qapıçı Aqil Məmmədovdan sonra müdafiə xəttini də gücləndiriblər.

Belə ki, paytaxt klubunun bir müddətdi danışıq apardığı İlkin Qırtımovun karyeyasını bu komandada davam etdirəcəyi dəqiqləşib. Dekabrda “Keşlə”dən ayrılan 27 yaşlı futbolçu ilə hərtərəfli razılıq əldə olunub.

Hazırda tibbi baxışdan keçən Qırtımov bu gün rəsmi müqaviləyə qol çəkəcək. Tərəflər 5 ay + 1 il sistemində müqavilə imzalayacaqlar. Bu isə o deməkdi ki, İlkin Premyer Liqanın ikinci yarısında özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşmasının müddəti yayda daha 1 il uzadılacaq.

İlkin Qırtımov karyerası ərzində “Keşlə” ilə yanaşı, “Simurq” klubunun da formasını geyinib. 2014-cü ildə yığmamızda debüt edən futbolçu millinin heyətində 5 matçda iştirak edib.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ