Qurban Qurbanov: "Qarabağ"ın çempion olması çətindir"

22.12.2011 | 4951 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Başa çatmaqda olan ili ümumilikdə “Qarabağ” üçün necə dəyərləndirirsiz?

- Çempionatda uğursuz seriyamız olmasına baxmayaraq, bütövlükdə ili yaxşı keçirdiyimizi düşünürəm. Bütün məqsədlərimizə çatdığımız qənaətindəyəm. Avroliqada ikinci turda mübarizəni dayandırsaq da, yaxşı çıxış etdik. Komandamızda bir qədər eniş hiss olundu. Hazırda isə ən azı ilk “altılıq”da yerimizi qoruya bilmişik. Təbii ki, daha da yaxşı ola bilərdi. Biz özümüz də bunu gözləyirdik.


- Komandanız qış fasiləsinə turnir cədvəlinin beşinci pilləsində yollandı. Çempionatı daha yuxarı yerlərdə başa vurmaq üçün “Qarabağ”da nə çatmadı?

- Məncə, sabit oyun göstərmədiyimizdən komandamızda müəyyən axsamalar oldu. Sadəcə, bəzən fərdi olaraq oyunçularımız sabit oyun nümayiş etdirmədi. Bunlar isə normal haldır. Komandanı artıq istirahətə buraxmışam. Bizim üçün bu fasilə çox lazım idi. Yaxşı istirahət edib növbəti oyunlarda uğurlu çıxışlar edəcəyik.


- Mətbuatda bəzən fikirlər səslənir ki, əgər “Qarabağ” yayda lazımi transferlər etsəydi, daha yaxşı nəticələr qazana bilərdi. Bir növ siz komandaya az oyunçu transfer etdiyiniz üçün ittiham edilirdiz...

- Hər bir komandaya daima yeni nəfəs lazımdır. Bu baxımdan transferlərin olması lazımdır. Biz isə transfer edəndə tələsmirik. Çalışırıq ki, əlimizdə olan futbolçularla nəticələr qazana bilək. Çünki onların hər birini yaxşı tanıyırıq. Elə oyunçu tapmaq istəyirik ki, komandaya hərtərəfli uyğun olsun. Həm oyun üslubu, həm yaşayış tərzi baxımından tam olaraq istədiyimiz futbolçunu axtarırıq. Bəzən elə futbolçular olur ki, onları komandaya götürməməyimiz məsləhətdir.

 
- “Qarabağ”ın mövsümün əvvəlində qarşısına qoyduğu çempionluq hədəfi dəyişməz olaraq qalırmı?

- Biz həmişə çempion olmaq istəmişik. Bu daima bizim hədəfimiz olub. Baxmayaraq ki, indi çempionluq bir qədər çətin görünür. İlk üç pillədə qərarlaşan komandalarla xal fərqimiz həqiqətən çoxdur. Çempionat isə davam edir və qarşıda bizi çox oyunlar gözləyir. Sonadək mübarizə aparacağıq. Çempion sonda bir komanda olacaq. Digər klubların çempionatı qalib kimi başa vurması daha inandırıcı görünür. Bununla belə, ən azından sona qədər oynayacağıq.

- Qış fasiləsi üçün komandanızın hazırlıq planı necədir?
 
- Gələn ayın 10-na qədər uşaqları istirahətə buraxdıq. Hər birinə yazılı formada proqram verdik ki, döndükdə bir qədər hazırlıqlı olsunlar. Yanvar ayının 11-də isə Bakıda məşqlərə start verəcəyik. Bundan dörd gündən sonra isə Antalyaya yollanacağıq.
  
- Qış fasiləsində  “Qarabağ”da yeni oyunçular görə biləcəyikmi?

- Ola bilər. Hər mövqedə daha güclü futbolçumuzun olmasını istərdik. Təklifləri nəzərdən keçirəcəyik. Əgər istədiyimiz futbolçunu tapa bilsək, rəhbərliklə danışıb transfer edəcəyik. 

Qol.Azrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail