"Sumqayıt"ın qış hazırlıq planı

10.01.2018 | 5070 dəfə oxunub

"Sumqayıt" klubunun qış hazırlıq planına tam aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, yanvarın 5-dən hazırlığa başlayan "gənclik şəhəri" təmsilçisi yanvarın 19-dək Sumqayıtda çalışacaq.

Baş məşqçi Samir Abasovun planına əsasən, bu müddət ərzində komanda 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 15-də rəqib "Qaradağ Lökbatan", yanvarın 18-də isə "Səbail" olacaq. Görüşlər "Kapital Bank Arena"da olacaq.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Abasovun komandası yanvarın 25-də Polşanın "Poqon", yanvarın 28-də Makedoniyanın "Akademiya Pandev", yanvarın 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail