"Qarşılaşmanın məşq baxımından da alındığını demək olar"

11.01.2018 | 4392 dəfə oxunub

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan "Akhisar Bələdiyyəspor" – "Qəbələ" oyunundan (1:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini açıqlayıb.

Stadium.Az xəbər verir ki, klubun rəsmi saytına danışan ukraynalı mütəxəssis matçın komanda üçün faydalı olduğunu bildirib:

"Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də yaxşı komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar. Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi. Hər şey gözlənildiyi kimi oldu. Hətta deyərdim ki, futbolçuların durumuna görə biz onların daha az vaxt oynayacağını düşünürdük. Lakin matçın gedişində onların hazırlığına baxıb, bəzilərinin az qala bütün qarşılaşmada meydanda olmasına qərar verdik. Bu oyun bizim üçün çox faydalı oldu".

Qriqorçuk təlim-məşq toplanışının arxada qalan dövrünü də dəyərləndirib. Mütəxəssis yanvarın 5-də start götürən hazırlığın gedişindən razılığını bildirib: "Bu görüşə qədər olan hazırlıq prosesində də əla çalışmışdıq. Arxada qalan müddətdə həm biz yaxşı işləmişik, həm də hava şəraiti mane olmayıb. Elə bu üzdən də belə yaxşı funksional hazırlıqda idik. Mən məşqlərin 6-cı günü üçün olan vəziyyəti nəzərdə tuturam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail