"Qəbələ"nin yoxlama oyunu ləğv edilib

14.01.2018 | 1482 dəfə oxunub

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub.

Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Belə ki, komanda sabah – yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq.

Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" hələ də Poltavadadır - Bakıya dönüş yubanır
Son xəbərlər

13.11.2018

12.11.2018

13:29  "Monako" - PSJ - 0:4 VİDEO

11:54  "Selta"- "Real" - 2:4 VİDEO

11.11.2018

22:46  "Sumqayıt" - "Keşlə" - GENİŞ İCMAL VİDEO

22:15  "Qarabağ"ın qələbəsi - GENİŞ İCMAL VİDEO

20:15  "Qısaca, "Qarabağ" bizdən güclüdür" - Sənan Qurbanov

19:12  "Sumqayıt" - "Keşlə" -HEYƏTLƏR

17:09  "Qəbələ" - "Qarabağ" -HEYƏTLƏR

13:20  "Qəbələ" - "Qarabağ" - 49-cu duelə doğru

12:46  "Qarabağ" Qəbələdə - FOTO

12:35  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.11.2018

22:41  "Neftçi" - "Zirə" 2:2 - GENİŞ İCMAL VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi